Süni intellekt sayəsində hamilə qaldı
Digərləri 04 İyl 2025 10:42:00 87 0
18 ildir uşaq sahibi ola bilməyən cütlük süni intellekt sayəsində valideyn olmağa hazırlaşır.
Bu xəbəri də oxu: Sertifikasiyada yüksək bal toplayanların sayı niyə bu qədər azdır? Ekspert AÇIQLADI
Son.az xəbər verir ki, ABŞ-də azospermi diaqnozu qoyulan və 18 il ərzində övlad sahibi ola bilməyən cütlük, süni intellektin dəstəklədiyi "STAR" üsulu ilə hamiləlik xəbərini alıb.
Cütlük bu illər ərzində dəfələrlə süni mayalanma prosedurlarına müraciət etsə də, kişidə rast gəlinən nadir azospermi problemi səbəbindən heç bir nəticə əldə olunmayıb. Azospermi kişilərdə toxum mayesində sperm hüceyrələrinin ümumiyyətlə olmaması ilə xarakterizə olunan ağır sonsuzluq formasıdır və çox zaman saatlarla aparılan mikroskopik axtarışlarda belə tək bir sperm hüceyrəsi tapılmır.
CNN International-ın xəbərinə görə, son ümidlə Kolumbiya Universitetinin Doğum Mərkəzinə müraciət edən cütlük, burada süni intellektlə hazırlanan və "STAR" adlanan yeni üsulla tanış olub. Bu metod, adi üsullarla görünməyən spermləri süni intellektlə müəyyən etməyə imkan verir.
Mərkəzə verilən nümunə süni intellekt sistemi ilə analiz edildikdən sonra, qeyri-mümkün kimi görünən nəticə ortaya çıxıb - cəmi üç ədəd sperm hüceyrəsi aşkarlanıb və bu hüceyrələr süni mayalanma üçün istifadə olunub.
Qadın müalicəyə cavab verərək qısa müddətdə hamilə qalıb. O, STAR metodu ilə hamilə qalan ilk qadın olub və hisslərini belə ifadə edib: "Həqiqətən hamilə olduğuma inanmaq üçün günlər lazım oldu. Hər səhər oyananda bunun yuxu olub-olmadığını düşünürəm."
Körpənin dekabr ayında doğulacağı gözlənilir. Mütəxəssislər bu metod üzərində araşdırmaların hələ davam etdiyini bildirsələr də, süni intellektin kişi sonsuzluğunda böyük ümidlər vəd etdiyini vurğulayırlar. CNN-ə görə, STAR kimi texnologiyalar gələcəkdə bir çox ailənin valideyn olmaq arzularını gerçəkləşdirə bilər.
İsmayıl Son.az
Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.

Prezident İlham Əliyev Ağdamdakı "Zəfər şousu"ndan paylaşım e

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq d

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaş

İyulun əvvəlindən etibarən Bakı bir daha bölgənin siyasi gündəmini öz

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Bu, o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşüdür”

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları il

Yayda süfrələrin sevilən meyvəsi olan qarpız həm şirin, həm də sərinl

Bu il Bakıda torpaq sahələrinin qiyməti 20 faizə yaxın bahalaşıb.

Yay mövsümündə Azərbaycanda münasib büdcə ilə həm təbiət, həm dəni

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə dadlı deyi

"Eşref Rüya" serialı ilə şöhrətinin zirvəsində olan aktrisa D
