Azərbaycanlı narkotacir Rusiyada həbs olundu
Digərləri 23 İyn 2025 10:55:00 61 0
Rusiya Federasiyasının Vladimir vilayətində yaşayan Azərbaycan vətəndaşı həm narkotik alveri, həm də rüşvət verməyə cəhdə görə həbs edilib.
Bu xəbəri də oxu: "WhatsApp" yeni süni intellekt funksiyasını təqdim edib
Son.az rus mediasına istinadla xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, ötən ilin sentyabrın 22-də Vladimir şəhərində yaşayan həmin şəxs Razin küçəsində gizlədilən yerdən ümumi çəkisi 7 qramdan artıq olan 19 doza güclü opioid maddə - "carfentail" alıb. Daha sonra Piçuqin küçəsində hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin Vladimir şəhəri üzrə narkotiklərlə mübarizə idarəsinin rəisinə 52 min rubl rüşvət təklif edərək məsələni "yoluna qoymaq" istəyib. O, pulu polis idarəsində rəisin masasındakı təşkilatçının altına yerləşdirib. Ancaq bu cəhd hüquq-mühafizə orqanlarının nəzarətində olub və rüşvət faktı dərhal qeydə alınıb.
Vladimir Vilayət Prokurorluğunun açıqlamasına görə, saxlanılan şəxs şəhərdə qeydiyyatsız yaşayıb.
Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşı 6 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Eyni zamanda, 52 min rubl məbləğində rüşvət pulu və narkotik alınmasında istifadə olunan mobil telefon dövlət nəfinə müsadirə olunub.
Qeyd edək ki, hökm hələlik qanuni qüvvəyə minməyib və məhkum tərəfindən apellyasiya qaydasında şikayət verilə bilər.
Fidan Son.az
İsrailin Müdafiə Qüvvələri (IDF) hərbi hava qüvvələrinə məxsus "

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı f

ABŞ-də yerləşən şirkət süni mayalanma ilə alınan embrionlar üzərind

ABŞ-də silahlı şəxs kilsəyə daxil olaraq ibadət edənlərə atəş açı

Xəbər verdiyimiz kimi, təhsilverənlərin təkrar sertifikatlaşdırılması

İsti hava ilə birlikdə həyatımıza yeni enerjilər, yeni fürsətlər və s

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictima

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qe

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher

Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istif

İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynə

Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faci

Yay aylarında temperaturun yüksəlməsi ilə bir çox insan sərinlədici dond

"ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsi
