Azərbaycan universitetlərindən beynəlxalq uğur: "THE Impact 2025"də rekord nəticə
Digərləri 23 İyn 2025 09:51:00 70 0
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) agentliyi tərəfindən "THE Impact 2025" reytinqinin nəticələri (https://www.timeshighereducation.com/impactrankings) açıqlanıb.
Bu xəbəri də oxu: Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir?
Son.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bu reytinq universitetlərin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) əsasən 17 istiqamət və ümumi reytinq olmaqla 18 reytinq cədvəli üzrə qiymətləndirir.
Bu il sözügedən reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir. Sözügedən 28 universitetdən 25-i ümumi reytinq cədvəlində yer alır.
Reytinqə daxil olan universitetlərin sayı ölkə üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təxminən 60 %-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə orta hesabla 5-35 % arasında dəyişir. Bu baxımdan Azərbaycanın nəticəsi həm regional, həm də beynəlxalq kontekstdə diqqətəlayiqdir.
Bakı Dövlət Universiteti və Xəzər Universiteti ümumi reytinqdə ölkə üzrə ən yüksək nəticə göstərərək 401-600 aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi isə ümumi reytinqdə ölkə üzrə 2-ci sırada (801-1000 diapazonu) yer alır.
Ümumilikdə isə Azərbaycan bu reytinqdə 5 DİM üzrə regional lider mövqeyini qoruyur. Xüsusilə DİM 1 - Yoxsulluğa son və DİM 10 - Bərabərsizliyin azaldılması istiqamətləri üzrə Azərbaycan universitetləri dünya üzrə TOP 60-lıqda yer alıb.
Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istif

İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynə

Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faci

Yay aylarında temperaturun yüksəlməsi ilə bir çox insan sərinlədici dond

"ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narah

Bu gün İran parlamenti Hörmüz boğazının bağlanması barədə qərar qəb

Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla h

İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox piv�

Bir çox insanın sevərək yediyi qidalardan biri də qarğıdalıdır. Yüksə

Türkiyədə sosial media fenomeni Nihan Candanın anoreksiya nevroza (nevrotik

XVII-XVIII əsr Avropa kişiləri adətən iri ağ pariklərdə, pudralanmış �

Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümükl�

Son zamanlarda ölkəmizdə qarışıq nikahların sayı artıb.
