Bu gün qəbul imtahanı KEÇİRİLİR


Digərləri 01 İyn 2025 09:43:00 105 0

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək.

DİM-dən Son.az-a bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 187 imtahan binası, 3381 imtahan zalı ayrılıb. İmtahanların idarə edilməsinə 187 ümumi imtahan rəhbəri, 537 imtahan rəhbəri, 4236 nəzarətçi, 597 buraxılış rejimi əməkdaşı, 187 bina nümayəndəsi cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 31167, IV ixtisas qrupu üzrə 6526, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 7986 nəfər olmaqla, ümumilikdə 45679 abituriyentin iştirakı nəzərdə tutulur.

Bugünkü imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 53 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR   Tarix AÇIQLANDI like
  • 01 İyn 09:26  
Digərləri Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslar�

arrow Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib  FOTO like
  • 01 İyn 09:03  
Siyasət Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram

arrow Ətraflı
"İndi Azərbaycanın rəsmi milyonçusu idim" like
  • 01 İyn 08:08  
Şou-biznes "İndi Azərbaycanın rəsmi milyonçusu idim"

"Sənətim mənə imkan, şərait yaradıb. Evim, maşınım, səhnəyə ç

arrow Ətraflı
İlon Maskın ağlasığmaz görüntüləri like
  • 01 İyn 07:07  
Dünya İlon Maskın ağlasığmaz görüntüləri

Texnologiya dünyasının ən tanınmış simalarından olan İlon Mask Ağ Evd�

arrow Ətraflı
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj like
  • 01 İyn 06:34  
Dünya "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj

Rusiyanın ən sirli radiostansiyası hesab olunan "Qiyamət günü radiost

arrow Ətraflı
Tutun sağlamlığımıza faydası like
  • 01 İyn 06:06  
Digərləri Tutun sağlamlığımıza faydası

Tut yazın axırları və yayın əvvəlində yetişən ən dadlı və faydalı

arrow Ətraflı
Ağcaqanadları daha çox cəlb edən like
  • 01 İyn 05:05  
Digərləri Ağcaqanadları daha çox cəlb edən

Ağcaqanadların bəzi insanları digərlərindən daha çox sancmasının səb�

arrow Ətraflı
Bu qidalarla erkən ağ saçlara SON like
  • 01 İyn 04:04  
Digərləri Bu qidalarla erkən ağ saçlara SON

"Saçların erkən ağarmasının qarşısını almaq üçün dəmir, sink

arrow Ətraflı
Nəsrindən iddialı FOTOlar like
  • 01 İyn 03:03  
Şou-biznes Nəsrindən iddialı FOTOlar

Aktrisa Nəsrin Cavadzadə yeni görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
3 məşhur öncəgörəndən 2025ci il üçün dəhşətli PROQNOZ like
  • 01 İyn 02:02  
Digərləri 3 məşhur öncəgörəndən 2025ci il üçün dəhşətli PROQNOZ

3 məşhur öncəgörən 2025-ci il üçün çox tutqun proqnozlar verib.

arrow Ətraflı
Bayden haqqındakı kitabda şok FAKTLAR: ABŞni əslində like
  • 01 İyn 01:01  
Dünya Bayden haqqındakı kitabda şok FAKTLAR: ABŞni əslində

ABŞ Prezidenti Co Baydenin səhhət problemləri səbəbindən ölkəni tam ida

arrow Ətraflı
“Fransa sülh yolunda deyil” like
  • 01 İyn 00:41  
Digərləri “Fransa sülh yolunda deyil”

"Fransa sülh yolunda deyil. O, sadəcə Rusiyaya təzyiqləri artıran ist

arrow Ətraflı
"Filmə aktyoru yox, sevgilisini çəkir" like
  • 01 İyn 00:13  
Şou-biznes "Filmə aktyoru yox, sevgilisini çəkir"

Əməkdar artist Sevinc Əliyeva rejissorların film və seriala aktyorları ç�

arrow Ətraflı
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür like
  • 01 İyn 00:04  
Digərləri Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

arrow Ətraflı
Günün qoroskopu: Sağlamlığınıza biganə yanaşmayın like
  • 01 İyn 00:01  
Digərləri Günün qoroskopu: Sağlamlığınıza biganə yanaşmayın

1 iyun 2025-ci il üçün ulduz falı (bürclər üzrə):

arrow Ətraflı