Gündə nə qədər gilas yemək olar?


Digərləri 28 May 2025 19:12:00 99 0

Gündə nə qədər gilas yemək olar?

Yay aylarında bol istehlak edilən və bir çox insanın sevimli mövsümi meyvələrindən biri olan gilas sağlamlıq baxımından bir sıra risklər daşıya bilər. 

Son.az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına danışan dietoloq və terapevt Natalya Lazurenko vacib açıqlamalar verib. Mütəxəssisin sözlərinə görə, gilasın tərkibində yüksək miqdarda sadə şəkərlər və üzvi turşular mövcuddur ki, bu da onu enerji verici meyvəyə çevirir.

"Meyvələrin tərkibindəki şəkərlər hüceyrələrin aktivliyini artırır, onlara enerji verir. Lakin bu o demək deyil ki, nə qədər çox meyvə yesək, bir o qədər faydalıdır" - deyə Lazurenko bildirib.

Onun fikrincə, xüsusilə gilas kimi şirin və şirəli meyvələrin nəzarətsiz istehlakı bir çox hallarda çəki artımına, mədə-bağırsaq narahatlıqlarına və xroniki xəstəliklərin aktivləşməsinə səbəb ola bilər:

"Albalı və gilas kimi meyvələri çox adam mövsümdə ölçüsüz yeyir. Az adam var ki, 15-20 gilası yeyib dayanır. Amma belə olduqda orqanizmə birdən-birə böyük miqdarda şəkər daxil olur və bu da onun öhdəsindən gəlməsini çətinləşdirir".

Dietoloqun sözlərinə görə, xüsusilə piylənmə, şəkərli diabet, insulin müqaviməti və mədə-bağırsaq xəstəlikləri olan insanlar gilası ehtiyatla istehlak etməlidirlər. Sadə karbohidratların çoxluğu bu xəstəliklərin gedişatını ağırlaşdıra bilər.

Həmçinin qeyd olunub ki, gilasın tərkibində olan üzvi turşular və liflər mədə üçün faydalı olsa da, həddən artıq qəbul edildikdə bu, qaz, köp, ishal və ya qıcqırma kimi simptomlara səbəb ola bilər.

Nə qədər yemək təhlükəsizdir?

Mütəxəssislər gün ərzində 100-150 qramdan (təxminən bir ovuc) artıq gilas yeməməyi tövsiyə edirlər. Bu miqdar sağlamlıq üçün faydalı, lakin zərərsiz hədd sayılır.

Gilas yay fəslinin həm dadlı, həm də faydalı meyvələrindən biri olsa da, onun istifadəsi zamanı balans və ölçü prinsipinə əməl olunmalıdır. Dietoloqlar və terapevtlər xəbərdarlıq edirlər ki, "çox olan hər şey zərərlidir" qaydası meyvə qəbulu üçün də keçərlidir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün bu cür şirin meyvələrin miqdarı ciddi şəkildə nəzarətdə saxlanmalıdır.

Asya Son.az

Cənubi Afrika Respublikasının Prezidenti Azərbaycan liderini təbrik edib like
  • 28 May 18:53  
Siyasət Cənubi Afrika Respublikasının Prezidenti Azərbaycan liderini təbrik edib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İ

arrow Ətraflı
Çin avtomobili almaq istəyənlərin nəzərinə like
  • 28 May 18:48  
Digərləri Çin avtomobili almaq istəyənlərin nəzərinə

Çin avtomobilləri son illərdə sürətlə inkişaf edərək dünya avtomobil

arrow Ətraflı
Vyetnamda "Azərbaycanın klassik musiqisinin inciləri" adlı möhtəşəm konsert keçirilib  like
  • 28 May 18:44  
Kriminal Vyetnamda "Azərbaycanın klassik musiqisinin inciləri" adlı möhtəşəm konsert keçirilib

Hanoi Opera Teatrında 28 May-Azərbaycanın Müstəqillik Gününə həsr olunm

arrow Ətraflı
Lisey qəbulunda dəyişiklik: aylarla hazırlaşan uşaqlar və xərc çəkən valideynlər nə etsin? like
  • 28 May 18:40  
Digərləri Lisey qəbulunda dəyişiklik: aylarla hazırlaşan uşaqlar və xərc çəkən valideynlər nə etsin?

Xəbər verildiyi kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı s

arrow Ətraflı
Bakıda FACİƏ: marketdə iki nəfəri cərəyan vurub öldürdü like
  • 28 May 18:36  
Digərləri Bakıda FACİƏ: marketdə iki nəfəri cərəyan vurub öldürdü

Bakıda 2 nəfəri elektrik cərəyanı vuraraq, öldürüb.

arrow Ətraflı
"Bakı toylarına qorxaqorxa gedirəm" like
  • 28 May 18:27  
Şou-biznes "Bakı toylarına qorxaqorxa gedirəm"

Müğənni Manaf Ağayev "Gün ortası" verilişində qonaq olub.

arrow Ətraflı
Tayvan üçün xəbərdarlıq: Çin ordusu yeni tanklarla silahlanır like
  • 28 May 18:15  
Dünya Tayvan üçün xəbərdarlıq: Çin ordusu yeni tanklarla silahlanır

Çin ZTL-19 tipli yeni nəsil amfibiya döyüş maşınlarının - "təkər

arrow Ətraflı
Məhəmməd Şahbaz Şərif: Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq like
  • 28 May 18:04  
Siyasət Məhəmməd Şahbaz Şərif: Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq

Bu gün füsunkar məkanda, Laçında üç ölkənin bayraqları dalğalanır. B

arrow Ətraflı
Sabun, yoxsa duş geli: Dəri və şəxsi gigiyena üçün hansı daha uyğundur? like
  • 28 May 17:59  
Digərləri Sabun, yoxsa duş geli: Dəri və şəxsi gigiyena üçün hansı daha uyğundur?

Şəxsi gigiyena vasitələrinin seçimi zamanı ən çox verilən suallardan bi

arrow Ətraflı
Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar like
  • 28 May 17:58  
Siyasət Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə

arrow Ətraflı
Araz Musayevi Türkiyədə bıçaqladılar like
  • 28 May 17:47  
Digərləri Araz Musayevi Türkiyədə bıçaqladılar

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıç

arrow Ətraflı
Tramp İlham Əliyevi təbrik etdi like
  • 28 May 17:45  
Siyasət Tramp İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əl

arrow Ətraflı
Əhali işğaldan azad edilmiş ərazilərə bu səbəblərə görə qayıtmağa maraqlıdır like
  • 28 May 17:38  
Digərləri Əhali işğaldan azad edilmiş ərazilərə bu səbəblərə görə qayıtmağa maraqlıdır

"Əhalinin işğaldan azad edilmiş ərazilərə sevə-sevə qayıtmasını

arrow Ətraflı
"Müğənni "sevgili" deməyə qorxur" like
  • 28 May 17:25  
Şou-biznes "Müğənni "sevgili" deməyə qorxur"

Müğənni Nura Suri açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib like
  • 28 May 17:16  
Siyasət Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib

Bu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralar

arrow Ətraflı