Əhali işğaldan azad edilmiş ərazilərə bu səbəblərə görə qayıtmağa maraqlıdır
Digərləri 28 May 2025 17:38:00 108 0
"Əhalinin işğaldan azad edilmiş ərazilərə sevə-sevə qayıtmasının iki əsas səbəbindən biri orada daimi məşğulluqla təmin edilə bilmələridir. Bu baxımdan Prezident İlham Əliyevin Laçında "LATIFA" tikiş fabriki və "PIRSHAGHI" ayaqqabı fabrikinin açılışını etməsi iqtisadi reinteqrasiyanın praktik mərhələsi hesab edilə bilər".
Bu xəbəri də oxu: Bu maddəni qəbul edən kişilərin uşağı olmur
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, 1,2 milyon manat investisiya ilə "LATIFA" tikiş fabrikində 30 yeni daimi iş yeri yaradılıb. Gündəlik istehsal gücü 2 min tekstil məhsul olduğu bildirilir. Buraya ev tekstili, idman geyimləri və eksklüziv dəstlər daxildir. "PIRSHAGHI" ayaqqabı fabriki isə 367,9 min manatlıq sərmayə ilə inşa olunub. 15 nəfərlik yeni məşğulluq imkanı təmin edilib. Fabrikin aylıq istehsal gücü 1500 cüt ayaqqabıdır. Burada kişi, qadın və uşaq ayaqqabıları istehsal olunacaq. Məhsullar daxili bazarla yanaşı, Avropa ölkələrinə ixrac üçün də nəzərdə tutulub:
"Nəzərə alsaq ki, hazırda Laçın Aqro-Sənaye Parkında 12 müəssisə fəaliyyət göstərir və yaxın dövrdə bu rəqəm 46-ya çatacaq, deməli gözləntilər və hədəflər kifayət qədər ciddidir. Burada mebel istehsalı, balıqçılıq, yüngül və yeyinti sənayesi, elmi-təcrübə mərkəzləri və ekoloji təmiz emal müəssisələri yaradılacağı planlaşdırılır. Bu təşəbbüslər nəticəsində bölgədə yeni iqtisadi ekosistem formalaşır. İş yerlərinin açılması, texnoloji avadanlıqlarla təchiz olunmuş istehsal sahələrinin qurulması, ixrac imkanlarının genişləndirilməsi Qarabağın və Şərqi Zəngəzurun dayanıqlı inkişafına real zəmin yaradır".
Bu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralar

Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin biziml

107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respubl

Bəzən beynəlxalq siyasətdə hansısa jest, ilk baxışda xoşməramlı hər�

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Paki

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ild�

Fransa parlamenti evtanaziyaya (sağalmaz xəstəlikdən əziyyət çəkən insa

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir.

Yay mövsümünün yaxınlaşması ilə avtomobil sahiblərinə mühüm tövsiy�

Sumqayıt şəhərində fəaliyyət göstərən "Sevgilim" şadlıq sa

Türkiyə, Azərbaycan və Pakistan Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat,

Sabah saat 10:00-dan Bakının Xəzər rayonunun Qala qəsəbəsinin Xaşa-Xuna

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedras
