Sabun, yoxsa duş geli: Dəri və şəxsi gigiyena üçün hansı daha uyğundur?


Digərləri 28 May 2025 17:59:00 105 0

Sabun, yoxsa duş geli: Dəri və şəxsi gigiyena üçün hansı daha uyğundur?

Şəxsi gigiyena vasitələrinin seçimi zamanı ən çox verilən suallardan biri sabunla duş geli arasında seçimlə bağlıdır. Mütəxəssislər bildirirlər ki, hər iki vasitə dərinin təmizliyi üçün nəzərdə tutulsa da, onların tərkibi və dəriyə təsiri fərqlidir. Seçim zamanı məhz bu fərqlərə diqqət yetirilməlidir.

Son.az xəbər verir ki, sabun və duş geli dərinin səthindəki çirk, tər və yağ qatını təmizləmək funksiyasını yerinə yetirir. Tər və çirk bədənin təbii yağları ilə qarışaraq bakteriyaların çoxalmasına şərait yaradır. Sabun bu qatmanı parçalayaraq bakteriyaların qarşısını alır. Duş gelləri isə əlavə olaraq dərinin təmizlənmə zamanı itirdiyi nəmlik balansını bərpa edən maddələr ehtiva edir. Bu baxımdan, dərisi quru və tez qabıqlanan şəxslərə nəmləndirici tərkibli duş gellərindən istifadə tövsiyə olunur.

Mütəxəssislər xroniki dəri xəstəlikləri olan insanlara gigiyenik vasitələri seçərkən dermatoloqa müraciət etməyi məsləhət görürlər. Dərinin quruluğu və həssaslığına uyğun tərkibli sabun və duş gellərinin istifadəsi də mühüm rol oynayır.

Sabunun əsas üstünlüklərindən biri onun ekoloji cəhətdən daha uyğun hesab olunmasıdır. Belə ki, sabun qablaşdırmaları çox zaman təkrar emala yararlıdır və əlavə konservantlara ehtiyac duymur. Bu isə allergik reaksiyaların riskini azaldır. Hipoallergen və tamamilə təbii sabunlar geniş yayılmışdır.

Duş gellərinin tərkibində isə əlavə nəmləndiricilər və təmizləyici komponentlər yer alır. Tərkibində qliserin, ərik çəyirdəyi hissəcikləri və yulaf olan məhsullar dərini yumşaq şəkildə təmizləməyə və nəmləndirməyə kömək edir. Bununla belə, həm sabun, həm də duş geli alarkən tərkibində triklozan və parabenlər kimi zərərli kimyəvi maddələrin olub-olmadığına diqqət yetirmək tövsiyə olunur. ABŞ Qida və Dərman Administrasiyası (FDA) triklozanı 2016-cı ildə bir sıra digər maddələrlə birlikdə qadağan edib.

Nəticə olaraq, sabun və duş gellərinin istifadəsi şəxsi ehtiyac və dərinin fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əsas diqqət gigiyena vasitəsinin tərkibinə və dəriyə təsirinə yönəldilməlidir.

Kənan Son.az

Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar like
  • 28 May 17:58  
Siyasət Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə

arrow Ətraflı
Araz Musayevi Türkiyədə bıçaqladılar like
  • 28 May 17:47  
Digərləri Araz Musayevi Türkiyədə bıçaqladılar

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıç

arrow Ətraflı
Tramp İlham Əliyevi təbrik etdi like
  • 28 May 17:45  
Siyasət Tramp İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əl

arrow Ətraflı
Əhali işğaldan azad edilmiş ərazilərə bu səbəblərə görə qayıtmağa maraqlıdır like
  • 28 May 17:38  
Digərləri Əhali işğaldan azad edilmiş ərazilərə bu səbəblərə görə qayıtmağa maraqlıdır

"Əhalinin işğaldan azad edilmiş ərazilərə sevə-sevə qayıtmasını

arrow Ətraflı
"Müğənni "sevgili" deməyə qorxur" like
  • 28 May 17:25  
Şou-biznes "Müğənni "sevgili" deməyə qorxur"

Müğənni Nura Suri açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib like
  • 28 May 17:16  
Siyasət Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib

Bu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralar

arrow Ətraflı
Prezident: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi like
  • 28 May 17:02  
Siyasət Prezident: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi

107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respubl

arrow Ətraflı
Azərbaycan–Fransa münasibətləri: dönüş nöqtəsi, yoxsa sadəcə fasilə? like
  • 28 May 17:00  
Siyasət Azərbaycan–Fransa münasibətləri: dönüş nöqtəsi, yoxsa sadəcə fasilə?

Bəzən beynəlxalq siyasətdə hansısa jest, ilk baxışda xoşməramlı hər�

arrow Ətraflı
Azərbaycan Prezidenti Vətən müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib like
  • 28 May 16:57  
Siyasət

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində ölkəmizə verilən

arrow Ətraflı
Prezident: Bu gün AzərbaycanTürkiyəPakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır like
  • 28 May 16:47  
Siyasət Prezident: Bu gün AzərbaycanTürkiyəPakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Paki

arrow Ətraflı
Prezident İlham Əliyev: Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildənilə gücləndirir like
  • 28 May 16:44  
Siyasət Prezident İlham Əliyev: Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildənilə gücləndirir

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ild�

arrow Ətraflı
Daha bir ölkə evtanaziyanı qanuniləşdirdi like
  • 28 May 16:44  
Dünya Daha bir ölkə evtanaziyanı qanuniləşdirdi

Fransa parlamenti evtanaziyaya (sağalmaz xəstəlikdən əziyyət çəkən insa

arrow Ətraflı
Laçında 28 May  Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir  CANLI YAYIM like
  • 28 May 16:34  
Siyasət Laçında 28 May Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir CANLI YAYIM

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir.

arrow Ətraflı
Avtomobilləri isti mövsümə necə hazırlamalı?  Ekspertlərdən tövsiyə like
  • 28 May 16:26  
Digərləri Avtomobilləri isti mövsümə necə hazırlamalı? Ekspertlərdən tövsiyə

Yay mövsümünün yaxınlaşması ilə avtomobil sahiblərinə mühüm tövsiy�

arrow Ətraflı