Diplom var, iş yox... Universitetlər niyə əmək bazarına uyğun kadr yetişdirmir?


Digərləri 22 May 2025 16:09:00 68 0

Diplom var, iş yox... Universitetlər niyə əmək bazarına uyğun kadr yetişdirmir?

Azərbaycanda ali təhsil sistemi ilə əmək bazarı arasında ciddi uyğunsuzluq mövcuddur. Əmək bazarında ən çox iş tapan məzunların statistikası bir daha göstərir ki, ölkədə yüzlərlə ixtisasın tədris olunmasına baxmayaraq real sektor cəmi bir neçə istiqamətə tələbat göstərir.

Son.az xəbər verir ki, rəqəmlərə görə, 2024-cü ildə işə düzələn məzunlar əsasən iqtisadiyyat (2,554 nəfər), maliyyə (1,806), mühasibat uçotu (1,746), menecment (1,574), sənayenin təşkili (1,515), biznesin idarə olunması (1,331), dünya iqtisadiyyatı (1,315), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (1,096), bədən tərbiyəsi (1,044) və hüquqşünaslıq (868) ixtisasları üzrə təhsil alanlar olub. Halbuki ölkə universitetlərində 150-dən artıq ixtisas mövcuddur.

Bu isə belə suallar doğurur: Qalan ixtisaslar kimə və nəyə lazımdır? Bu ixtisasları bitirən minlərlə gənc hara gedir?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki,  bir çox universitetlər qəbul planlarını əmək bazarının ehtiyaclarına əsasən deyil, sadəcə öz resurslarını və büdcə gəlirlərini artırmaq məqsədilə tərtib edir. Nəticədə universitetlər real sektorun ehtiyac duymadığı ixtisaslar üzrə kütləvi qəbul aparır, bu isə "diplomlu işsizlər ordusu"nun daha da böyüməsinə səbəb olur:

"Ali məktəblərin böyük əksəriyyəti işəgötürənlərlə əməkdaşlıq etmir, təcrübəyə əsaslanan proqramlar hazırlamır, tələbələrə əzbər və texnologiyadan uzaq təhsil verir. Təhsilin məqsədi imtahan keçmək, diplom almaq olur, amma bu diplomlar əmək bazarında demək olar ki, heç bir dəyərə malik deyil.

Universitetlər özlərini xidmət strukturu yox, kommersiya obyektinə çeviriblər. Tələbələr isə bu sistemdə gələcəyin peşəkarı yox, bu günün maliyyə mənbəyi kimi görünür. Beləliklə, ali təhsil müəssisələri tələbə sayını süni şəkildə artıraraq büdcədən dotasiya almağa və statistik göstəriciləri şişirtməyə çalışır.

Bu yanaşma yalnız təhsil sistemini deyil, ümumilikdə cəmiyyətin gələcəyini təhlükə altına atır. Universitetlərin əsas funksiyası cəmiyyətə bacarıqlı və rəqabətədavamlı kadrlar yetişdirməkdirsə, hazırkı sistem bu funksiyanı yerinə yetirmir. Bir çox fakültə və kafedra "diplom fabriki"nə çevrilib, elmi baza və sənaye ilə əməkdaşlıq isə yox dərəcəsindədir".

Ərdoğan yenidən prezidentliyə namizəd olacaq? like
  • 22 May 15:57  
Digərləri Ərdoğan yenidən prezidentliyə namizəd olacaq?

"Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur" .

arrow Ətraflı
Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi like
  • 22 May 15:55  
Siyasət Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "İstehlakçıların hüquqlarının müdafiəsi h

arrow Ətraflı
Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər like
  • 22 May 15:50  
Siyasət Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

arrow Ətraflı
Mediasiya haqqında qanunda dəyişiklik edilib like
  • 22 May 15:46  
Siyasət Mediasiya haqqında qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev "Mediasiya haqqında" Qanunda dəyişiklik ed

arrow Ətraflı
İsrailin Bakıdakı səfirliyində bayraq yarıya endirildi  FOTO like
  • 22 May 15:44  
Digərləri İsrailin Bakıdakı səfirliyində bayraq yarıya endirildi FOTO

 İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.

arrow Ətraflı
İşxanyan Qarabağı Ermənistana birləşdirmək istəyirmiş  Məhkəmə like
  • 22 May 15:43  
Siyasət İşxanyan Qarabağı Ermənistana birləşdirmək istəyirmiş Məhkəmə

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

arrow Ətraflı
Elektrik və hibrid avtomobillər bahalaşacaq?  Güzəşt müddəti bitir like
  • 22 May 15:23  
Digərləri Elektrik və hibrid avtomobillər bahalaşacaq? Güzəşt müddəti bitir

Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli

arrow Ətraflı
“Mənə 6000 maaş veriləcəyini dedi”  STP əməkdaşı iş yoldaşını aldadıb like
  • 22 May 14:59  
Digərləri “Mənə 6000 maaş veriləcəyini dedi” STP əməkdaşı iş yoldaşını aldadıb

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının

arrow Ətraflı
Tiranada "Qarabağ" muğam ansamblının konserti və rəsmi ziyafət keçirilib like
  • 22 May 14:50  
Digərləri Tiranada "Qarabağ" muğam ansamblının konserti və rəsmi ziyafət keçirilib

Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın pa

arrow Ətraflı
İlham Əliyev Tələt Məcidovla bağlı Sərəncam imzaladı like
  • 22 May 14:47  
Siyasət İlham Əliyev Tələt Məcidovla bağlı Sərəncam imzaladı

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə g

arrow Ətraflı
Prezident bir qrup şəxsi təltif etdi like
  • 22 May 14:45  
Siyasət Prezident bir qrup şəxsi təltif etdi

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə

arrow Ətraflı
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb  FƏRMAN like
  • 22 May 14:43  
Digərləri Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb FƏRMAN

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.

arrow Ətraflı
"Kurtlar Vadisi"də Elifin yerinə bu aktrisa çəkiləcəkmiş  FOTO like
  • 22 May 14:40  
Digərləri "Kurtlar Vadisi"də Elifin yerinə bu aktrisa çəkiləcəkmiş FOTO

"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala tək

arrow Ətraflı
Direktorun işdən çıxarılma səbəbi bəlli oldu like
  • 22 May 14:21  
Digərləri Direktorun işdən çıxarılma səbəbi bəlli oldu

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta m

arrow Ətraflı