Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər
Siyasət 22 May 2025 15:50:00 76 0
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Bu xəbəri də oxu: İlham Əliyev Tələt Məcidovla bağlı Sərəncam imzaladı
Trend xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
"İcra məmurları haqqında" qanuna dəyişikliyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir.
"İcra haqqında" qanuna edilən dəyişikliyə əsasən, borclu tərəfindən icra xidmətinin müvafiq depozit hesabına köçürülmüş, yaxud icra qurumu tərəfindən tutulmuş tələbkara verilməli olan vəsait tələbkarın təqdim etdiyi bank hesabına 3 iş günü müddətində köçürülür.
İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər belə xərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödəniş sənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozit hesabına 3 iş günü müddətində köçürülür və müvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndərilir.
İcra xidmətinin depozit hesabı
İcra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir.
İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.
İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edir. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödənilir.
İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə edilir.
Prezident İlham Əliyev "Mediasiya haqqında" Qanunda dəyişiklik ed

İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının

Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın pa

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə g

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.

"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala tək

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta m

Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyala

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl

Ukrayna hüquq-mühafizə orqanları əcnəbilərin saxta nikahlar vasitəsilə
