İşxanyan Qarabağı Ermənistana birləşdirmək istəyirmiş Məhkəmə


Siyasət 22 May 2025 15:43:00 61 0

İşxanyan Qarabağı Ermənistana birləşdirmək istəyirmiş  Məhkəmə

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan "Daşnaksütyun" tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: "Daşnaksütyun 1990-1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. "Daşnaksütyun" təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. "Daşnaksütyun" bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, "Daşnaksütyun" partiyası 1990-1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam".

Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: "Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol - sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm".

Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən D.İşxanyan videomaterilada "Daşnaksütyun"un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Elektrik və hibrid avtomobillər bahalaşacaq?  Güzəşt müddəti bitir like
  • 22 May 15:23  
Digərləri Elektrik və hibrid avtomobillər bahalaşacaq? Güzəşt müddəti bitir

Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli

arrow Ətraflı
“Mənə 6000 maaş veriləcəyini dedi”  STP əməkdaşı iş yoldaşını aldadıb like
  • 22 May 14:59  
Digərləri “Mənə 6000 maaş veriləcəyini dedi” STP əməkdaşı iş yoldaşını aldadıb

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının

arrow Ətraflı
Tiranada "Qarabağ" muğam ansamblının konserti və rəsmi ziyafət keçirilib like
  • 22 May 14:50  
Digərləri Tiranada "Qarabağ" muğam ansamblının konserti və rəsmi ziyafət keçirilib

Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın pa

arrow Ətraflı
İlham Əliyev Tələt Məcidovla bağlı Sərəncam imzaladı like
  • 22 May 14:47  
Siyasət İlham Əliyev Tələt Məcidovla bağlı Sərəncam imzaladı

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə g

arrow Ətraflı
Prezident bir qrup şəxsi təltif etdi like
  • 22 May 14:45  
Siyasət Prezident bir qrup şəxsi təltif etdi

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə

arrow Ətraflı
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb  FƏRMAN like
  • 22 May 14:43  
Digərləri Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb FƏRMAN

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.

arrow Ətraflı
"Kurtlar Vadisi"də Elifin yerinə bu aktrisa çəkiləcəkmiş  FOTO like
  • 22 May 14:40  
Digərləri "Kurtlar Vadisi"də Elifin yerinə bu aktrisa çəkiləcəkmiş FOTO

"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala tək

arrow Ətraflı
Direktorun işdən çıxarılma səbəbi bəlli oldu like
  • 22 May 14:21  
Digərləri Direktorun işdən çıxarılma səbəbi bəlli oldu

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta m

arrow Ətraflı
Siçanlar şəhəri ələ keçirir  Ölümcül bakteriya yayılır like
  • 22 May 14:14  
Dünya Siçanlar şəhəri ələ keçirir Ölümcül bakteriya yayılır

Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyala

arrow Ətraflı
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı like
  • 22 May 14:07  
Digərləri II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl

arrow Ətraflı
Saxta nikah qalmaqalı: Ukraynalı qadınlarla evlənən azərbaycanlılar like
  • 22 May 14:00  
Dünya Saxta nikah qalmaqalı: Ukraynalı qadınlarla evlənən azərbaycanlılar

Ukrayna hüquq-mühafizə orqanları əcnəbilərin saxta nikahlar vasitəsilə

arrow Ətraflı
Tıxacda qalan maşına dayanmadurma cəriməsi yazıldı  FOTO like
  • 22 May 13:58  
Digərləri Tıxacda qalan maşına dayanmadurma cəriməsi yazıldı FOTO

Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.

arrow Ətraflı
Hücum nəticəsində ölən səfirlik əməkdaşlarının FOTOsu  Toyları olacaqdı... like
  • 22 May 13:45  
Dünya Hücum nəticəsində ölən səfirlik əməkdaşlarının FOTOsu Toyları olacaqdı...

Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən "Capi

arrow Ətraflı
Məşhur serialda yataq səhnəsi qalmaqal yaratdı like
  • 22 May 13:22  
Digərləri Məşhur serialda yataq səhnəsi qalmaqal yaratdı

STAR TV-də çərşənbə axşamları yayımlanan "Sahibsizlər" seria

arrow Ətraflı