Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın Yoxsa kar qala bilər


Digərləri 05 Nov 2025 19:12:00 103 0

Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın  Yoxsa kar qala bilər

"Uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səsə qoymağı xahiş edirsə və ya tez-tez qulaqlarına toxunursa, bu, eşitmə ilə bağlı problemin göstəricisi ola bilər".

Son.az xəbər verir ki, bunu otorinolarinqoloq Lüdmila Caparidze deyib. O, uşaqlarda eşitmə problemlərinin bəzən valideynlər tərəfindən dərhal hiss edilmədiyini bildirib.

Həkimin sözlərinə görə bəzi ilkin əlamətlər diqqətdən qaça bilər. Məsələn, uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səsə qoymağı xahiş edirsə və ya tez-tez qulaqlarına toxunursa, bu, eşitmə ilə bağlı problemin göstəricisi ola bilər.

Caparidze qeyd edib ki, uşaqlarda eşitmənin zəifləməsinin ən çox rast gəlinən səbəblərindən biri qulaqda yaranan kükürd tıxacıdır. O bildirib ki, quru və isti hava şəraitində kükürd bərkiyir və qulaq yolundan təbii şəkildə çıxmır, nəticədə eşitmə zəifləyə bilər.

Bəzən problem tıxacdan yox, eksudativ otit adlanan vəziyyətdən qaynaqlanır. Bu hal adətən virus infeksiyasından sonra və ya böyümüş adenoidlər zamanı yaranır. Qulaq pərdəsinin arxasında maye yığılır və səsin keçməsinə mane olur, sanki uşaq suyun içindən eşidirmiş kimi hiss olunur. Əgər bu maye uzun müddət qalarsa, eşitmə itkisi davamlı ola bilər.