16 yaşlı oğlan enerji içkisindən öldü FOTO
Digərləri 05 Nov 2025 11:07:00 59 0
Türkiyədə yeniyetmə enerji içkisindən ölüb.
Read this news too: 3 həftədən çox davam edən öskürək bu ölümcül xəstəliyin xəbərçisidir
Son.az xəbər verir ki, İzmirin Bostanlı sahilində keçirilən Hellouin şənliyində 16 yaşlı Alp Sirek enerji içkisini və alkoqollu içkini qarışdıraraq içib. Halı pisləşən gənc yaxınlarının yardımı ilə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Bu faciəvi hadisə, enerji içkiləri və alkoqolun qarışımının nə qədər təhlükəli ola biləcəyini bir daha gündəmə gətirib.
Enerji içkiləri içərisindəki yüksək miqdarda kafein, taurin və şəkər kimi maddələr sayəsində fiziki və zehni performansı artırmaq məqsədilə istehlak edilir. Lakin mütəxəssislər bu içkilərin xüsusilə alkoqol ilə birləşdirildikdə ciddi sağlamlıq risklərinə səbəb olduğunu bildirir. Yüksək kafein, xüsusən də gənclərin ürək sağlamlığını təhdid edərək ani ürək dayanması, böyrək çatışmazlığı və digər həyati təhlükəli hallar yarada bilər.
İsmayıl Son.az
