Gələn il orta aylıq əməkhaqqı nə qədər artırılacaq? AÇIQLANDI


Digərləri 05 Nov 2025 11:27:00 67 0

Gələn il orta aylıq əməkhaqqı nə qədər artırılacaq?  AÇIQLANDI

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3,4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz proqnozlaşdırılır.

Son.az xəbər verir ki, Trend-in məlumatına görə, bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3,5 faiz səviyyəsində, 2027-2029-cu illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara görə, əsas kapitala investisiyaların həcmi 2026-cı ildə 6,9 faiz, 2027-2029-cu illərdə isə orta illik 2,9 faiz, qeyri neft-qaz sektorunda isə müvafiq olaraq 1,1 faiz və 4,8 faiz artacaq.

Vurğulanıb ki, 2024-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 mlrd. manata çatıb. Əhalinin sərəncamında qalan gəlirləri 73,4 mlrd. manat təşkil edib. 2024-cü ildə əhalinin gəlirlərində inflyasiya nəzərə alınmaqla 4,1 faiz real artım müşahidə olunub.

2024-cü ildə əhalinin xərcləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artaraq 81,1 mlrd. manat olub.

2024-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 faiz artaraq 1.009,2 manat təşkil edib.