"TikTok"dakı maşın alverinin qaranlıq tərəfləri Aldadıla bilərsiz AÇIQLAMA
Digərləri 05 Nov 2025 11:30:00 61 0
Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlara kredit şərti ilə avtomobil satışı təklif olunub. Alıcılar əvvəlcədən beh ödədikdən sonra satıcılarla əlaqə kəsilib və onlar dələduzluğa məruz qalıblar.
Read this news too: Şabalıd generala baha başa gəldi... Lüks maşınları da əlindən çıxdı
Belə hadisələrdən biri də Ağdam sakini Samir Şükürovun başına gəlib.
Son.az xəbər verir ki, o, iddia edir ki, Elvin Hümməbov adlı şəxs ona qarşı dələduzluq edib. Hətta vətəndaş öz şəxsiyyət vəsiqəsinin şəklini göndərərək müəyyən məbləğdə ilkin ödəniş edib. Zərərçəkmişin sözlərinə görə, aldanan tək o deyil, onunla paralel bir neçə şəxs də qurban olub.
Bu halların qurbanı olmamaq üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı hüquqşünas Turan Abdulzadə bildirir ki, bu kimi halların qurbanına çevrilməmək üçün onlayn ödənişdən imtina etməli, həmin şəxsi realda görməli və ondan sonra alqı-satqı ilə bağlı danışıqlar aparılmalıdır.
Bəs vətəndaşları aldadan şəxsi hansı cəzalar gözləyir?
"Aldatma yolu ilə özgənin əmlakını əldə etmək 1000 manatdan 2000 manatadək cərimə və ya 2 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər həmin şəxs bu əməli bir neçə şəxsə edibsə və xeyli miqdarla mənimsəmə həyata keçiribsə, bu halda 3 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir".
Məsələ ilə bağlı DİN-dən bildirildi ki, məsələdən məlumatlıdırlar. Onlar həmin şəxsləri Ağdam rayon polis bölməsinə dəvət edərək izahatları alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysel Əkbər Son.az
