Çoxları gündəlik bəhbəhlə içir Korluğa səbəb olurmuş
Digərləri 04 Nov 2025 19:47:00 98 0
Çinli alimlərin apardığı yeni araşdırma hazır qəhvənin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini üzə çıxarıb.
Read this news too: Heyvanlardan yoluxur, qızdırmayla başlayır Ölümcül xəstəlik yayıldı
Son.az xəbər verir ki, Çinin Hubei Universitetində çalışan tədqiqatçılar İngiltərə və Finlandiyada yaşayan yarım milyondan çox insanın sağlamlıq məlumatlarını təhlil edərək diqqətçəkən nəticələr əldə ediblər.
Onlar iştirakçıların genlərini, qəhvə içmə vərdişlərini və ümumi sağlamlıq vəziyyətlərini araşdırıblar.
Nəticələrə əsasən, qranul (hazır) qəhvə içən insanlarda yaşla bağlı makula degenerasiyası, yəni "sarı ləkə" xəstəliyinin yaranma ehtimalı daha yüksəkdir. Bu xəstəlik insanın mərkəzi görmə qabiliyyətini tədricən zəiflədir və nəticədə oxumaq, avtomobil idarə etmək kimi gündəlik fəaliyyətləri çətinləşdirir. Müalicə olunmadığı halda isə korluğa səbəb ola bilər.
Alimlər bildiriblər ki, bu xəstəliyin "quru" və "yaş" tip olmaqla iki növü var. Bəzi genlər xəstəliyə meyilliliyi artırır. Araşdırmaya görə, bu genlərə sahib insanların gündə iki fincan hazır qəhvə içməsi riski yüksəldir, dörd fincan içilməsi isə xəstəliyin yaranma ehtimalını yeddi dəfə artırır.
