Gecə güclü zəlzələyə oyandılar Xeyli ölən var


Digərləri 03 Nov 2025 09:40:00 76 0

Gecə güclü zəlzələyə oyandılar  Xeyli ölən var

Əfqanıstanda güclü zəlzələ olub.

Son.az xəbər verir ki, Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələ azı 20 nəfərin ölümünə səbəb olub, ölkənin ən tanınmış məscidlərindən biri Məzar-i-Şərifdəki Göy Məscid ciddi zərər görüb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin bazar ertəsi səhər tezdən, şimalın ən sıx məskunlaşmış şəhərlərindən olan Məzar-i-Şərif yaxınlığında, 28 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Hadisə zamanı minlərlə ailə yuxudan ayılaraq evlərini tərk edib. Əfqanıstan Müdafiə Nazirliyi axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirib. Nazirlik tərəfindən yayılan görüntülərdə uçqun altından bir uşağın çıxarıldığı anlar əks olunub, lakin onun sağ qalıb-qalmadığı barədə məlumat verilməyib.

Hazırda xilasetmə işləri davam edir, dağıntılar altından insanların çıxarılması üçün yerli hakimiyyət və beynəlxalq təşkilatlar səfərbər olunub.

İsmayıl Son.az