Monqolustan əti niyə 12 manatdır? SƏBƏBİ BİLİNDİ


Digərləri 03 Nov 2025 10:26:00 79 0

Monqolustan əti niyə 12 manatdır?  SƏBƏBİ BİLİNDİ

Son günlər Azərbaycanın bazarını bürüyən Monqolustandan gətirilən qoyun əti geniş müzakirələrə səbəb olub.

Vətəndaşlar həmin ətin islami qaydalara uyğun kəsilib-kəsilmədiyini və qiymətini müzakirə edirlər.

Çünki həmin qoyun ətinin qiyməti yerli ətlərə nisbətə ucuzdur. Məsələn, yerli qoyunun ətinin qiyməti 20 manat civarında dəyişsə də, "monqol əti"nin qiyməti isə 12 manatdır. Qeyd edək ki, Azərbaycana xaricdən gətirilən dondurulmuş qoyun ətinin 91%-i Monqolustanın payına düşür.

Bəs "monqol əti"nin qiyməti niyə ucuzdur?

Day.Az bu məsələni araşdırıb.

"Monqol əti"nin ucuzluğunun səbəbləri:

Çox böyük və nisbətən ucuz xammal - sürü sayı və otlaqlar

Monqolustan dünya miqyasında heyvandarlıq baxımından böyük sürülərə malikdir. Əhalinin əksər hissəsi heyvandarlıqla məşğuldur. Ölkənin 3 milyona yaxın əhalisi olsa da, 30 milyondan çox qoyun var. 

Bu miqdar daxili təlabat üçün həddindən artıq çoxdur. Ona görə də bazarda qiymətlərin aşağı enməsinə münbit şərait yaranır. Habelə heyvanlar əsasən açıq otlaqlarda, təbii otlarla qidalanır - bu, yem xərclərini azaldır.

Köçəri / ailə təsərrüfatları - əməyin və infrastrukturun aşağı xərci

Monqolustanda heyvandarlıq çox vaxt ailə-köçəri modelində aparılır: böyük fermaların və orada işləyənlərin xərcləri azdır. Bu, istehsal xərclərini aşağı salır. Nəticədə ətin maya dəyəri aşağı olur və bazara da uzuz qiymətə çıxarılır.