Binəqədi yolundakı təmir işləri 5ci aya keçdi


Digərləri 03 Nov 2025 10:35:00 66 0

Binəqədi yolundakı təmir işləri 5ci aya keçdi

Binəqədi rayonu, Binəqədi şosesindəki təmir işləri 5 aydır ki, yekunlaşmır.

Son.az xəbər verir ki, Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldakı vəziyyət hər gün tıxacın yaranmasına, sürücülərin və sərnişinlərin xeyli vaxt itirməsinə, eləcə də ətrafın çirklənməsinə səbəb olur.

Yolda hərəkətin nə vaxt tam bərpa olunacağına dair məlumat yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidəki qazıntı işlərinin və kommunikasıya xətlərinin çəkilməsinin onlara aidiyyəti yoxdur.