Sosial şəbəkələr psixologiyamıza mənfi təsir etmirmiş Alimlər təsdiqlədi


Digərləri 23 Sep 2025 12:00:00 58 0

Sosial şəbəkələr psixologiyamıza mənfi təsir etmirmiş  Alimlər təsdiqlədi

Sosial şəbəkələrin psixi sağlamlığa təsiri barədə geniş yayılmış inanc təkzib olunub.

Read this news too: Sabirabadda zəlzələ oldu

Son.az xəbər verir ki, bunu Niderlandda yerləşən Maks Plank Psixolinqvistika İnstitutunun alimləri müəyyənləşdiriblər.

Araşdırma Behavioral Genetics jurnalında dərc olunub.

Onlayn fəaliyyətlə narahatlıq və ya həyat məmnuniyyəti arasındakı əlaqə düşündüyümüzdən daha zəifdir və böyük ölçüdə genetik faktorlarla izah olunur.

Tədqiqatda Niderland İkizlər Reyestrindən 6,5 min nəfərin məlumatı istifadə edilib. Buraya üç mindən çox eyni cinsli əkiz cütlüyü də daxil idi. İştirakçılardan sosial şəbəkələrdə keçirdikləri vaxt, paylaşım tezliyi, hesab sayı və həyat keyfiyyətinə dair suallar soruşulub.

Nəticələr göstərib ki, sosial şəbəkələrdən istifadənin psixoloji rifahla əlaqəsi çox zəifdir. Məsələn, daha tez-tez paylaşım edənlərdə həyat məmnuniyyəti cüzi az olub, lakin təsir çox zəif dərəcədədir. Əsas fərqi isə məhz genetik amillər izah edib. Yəni müəyyən genlər həm sosial şəbəkə davranışlarını, həm də psixi xüsusiyyətləri formalaşdırmağa meyllidir.