Bakıda 1ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü start götürüb
Digərləri 23 Sep 2025 09:55:00 53 0
Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (1st Azerbaijan International Investment Forum - "AIIF 2025") ikinci günü öz işinə başlayıb.
Read this news too: Bu ayın pensiyaları tam ödəndi
Trend xəbər verir ki, AZPROMO-nun təşkilatçılığı, Avropa Evi - "Ambrosetti"nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin "Euronews" və "Sea Breeze"in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirir.
Forumun ilk günündə olduğu kimi bu gün də kifayət qədər canlılıq müşahidə olunur. Bu gün müzakirə olunacaq strateji investisiya, maliyyələşmə, təhsil, səhiyyə sahələrində çağırışlar, Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında görülmüş tədbirlər və s. tədbirə diqqəti daha çox artırıb. Belə ki, tədbirin ikinci günü dövlət-özəl tərəfdaşlığı, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, "yaşıl" keçid və digər mövzulara həsr olunan panel sessiyaları baş tutacaq. Tədbir çərçivəsində həmçinin müxtəlif mövzularda tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi təşkil edilib.
Bundan başqa, eyni zamanda forum çərçivəsində bir sıra sazişlərin imzalanması mərasimi də baş tutacaq.