Müğənnilərin meyitləri tapıldı


Digərləri 23 Sep 2025 09:15:00 62 0

Müğənnilərin meyitləri tapıldı

Meksikada turneyə çıxan kolumbiyalı musiqiçilər - "DJ King" ləqəbi ilə tanınan Bayron Sançes və həmkarı Xorxe Luis Herreranın meyitləri tapılıb.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 16-dan bəri itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr məsafədə yerləşən Kokotitlan qəsəbəsində aşkarlanıb.

Meksika Baş Prokurorluğu faktla bağlı geniş araşdırmaya başladığını açıqlayıb. Yerli mətbuat onların qətlinin narkotik qaçaqmalçıları ilə əlaqəli ola biləcəyini istisna etmir.

Kolumbiya prezidenti Qustavo Petro isə hadisəyə sərt reaksiya verərək, sənətçilərin ölümündə beynəlxalq mafiya və narkotik tacirlərini ittiham edib.