Pomidor ürəyə xeyir imiş
Digərləri 23 Sep 2025 06:06:00 61 0
Pomidor şirəsi ürək və damar sağlamlığı üçün önəmlidir.
Read this news too: Azərbaycanla BƏƏ arasında bir sıra mühüm sənədlər imzalanıb
Son.az xəbər verir ki, elm adamları gündəlik likopin tərkibli pomidor şirəsinin damarların daxili qatının fəaliyyətini yaxşılaşdırdığını müəyyən ediblər.
Nəticələr "Food & Function" (F&F) jurnalında dərc olunub.
40-64 yaş arasında 72 iştirakçıya 12 həftə boyunca likopinsiz plasebo ( tibbdə və tədqiqatlarda istifadə olunan "saxta dərman" və ya "təqlid müalicə"dir. Yəni plasebo özü aktiv təsir göstərən maddə daşımır, amma xəstələr ona real dərman kimi baxırlar ) və ya 15 milliqram, ya da 26,7 milliqram likopinli pomidor şirəsi verilib.