Bakıda 26 yaşlı gənc belə öldürüldü –


Kriminal 14 May 2025 00:08:00 67 0

Bakıda 26 yaşlı gənc belə öldürüldü –

Bakıda qətl törətməkdə təqsirləndirilən paytaxt sakinləri - Əli Eybatov, Emin Ələsgərov və Fərrux Qasımovun cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda istintaq zamanı cinayət işinə əlavə olunan sənədlər tədqiq olub.

Bununla yanaşı, Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini 26 yaşlı Səbuhi Əhmədlinin qətlə yetirildiyi ərazidəki veb-kamerada qeydə alınan görüntülər nümayiş etdirilərək analiz olunub.

Hadisənin anbaan qeydə alındığı dəhşətli videodan görünür ki, Əli Eybatov Səbuhi Əhmədliyə bir neçə bıçaq zərbəsi vurub. Daha sonra onun köməksiz vəziyyətindən istifadə edərək təqsirləndirilənlər S.Əhmədliyə yenidən digər əşya ilə zərbələr endirərək onun huşsuz vəziyyətə düşməsinə səbəb olublar.

Prokuror təqsirləndirilənlərə sual verərək yaralı şəxsə yenidən zərbə endirməklərinin səbəbini soruşduqda onlar bu hərəkətlərinin Səbuhi Əhmədlinin əlindəki bıçaqla onlara hücum etməsi ilə əsaslandırıblar. Səbuhi Əhmədlinin əlində bıçağın olmasına gəlincə isə, bu, göruntülərdən aydın görünmədiyi üçün proses iştirakçılarına qaranlıq olaraq qalıb.

Proses naməlum tarixədək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2024-cü ilin martın 9-da saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. İstintaq zamanı qətlin törədilməsində iştirakçı kimi şübhəli bilinən daha iki nəfər Emin Ələsgərov və Fərrux Qasımov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. Son.az

Günün qoroskopu: lazımsız xərclərdən uzaq durun like
  • 14 May 00:01  
Digərləri Günün qoroskopu: lazımsız xərclərdən uzaq durun

14 May 2025 üçün ulduz falınız - Bürcünüzə görə günün proqnozu

arrow Ətraflı
"Aysunla harada qarşılaşsaq alnından öpərəm" like
  • 13 May 23:47  
Şou-biznes "Aysunla harada qarşılaşsaq alnından öpərəm"

Rəngarəng verilişində qonaq olan Aysun İsmayılova ilə müğənni Sərxan

arrow Ətraflı
"TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm" like
  • 13 May 23:35  
Digərləri "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"

Baku TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və apa

arrow Ətraflı
İstanbulda zəlzələ oldu like
  • 13 May 23:25  
Digərləri İstanbulda zəlzələ oldu

İstanbulda 4 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Samir Namazova yüksək vəzifə verildi like
  • 13 May 23:13  
Digərləri Samir Namazova yüksək vəzifə verildi

Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib.

arrow Ətraflı
Uzun ömür istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun like
  • 13 May 23:09  
Digərləri Uzun ömür istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

Uzun və sağlam yaşam üçün bu 4 qidanı evinizə daxil etməyin.

arrow Ətraflı
Damladan oğlu ilə paylaşım like
  • 13 May 22:55  
Şou-biznes Damladan oğlu ilə paylaşım

Müğənni Damla oğlu ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Gənclərin sevimli içkisi bu xəstəlikləri yaradır like
  • 13 May 22:42  
Digərləri Gənclərin sevimli içkisi bu xəstəlikləri yaradır

Gənclər arasında enerji içkilərinin istifadəsi sürətlə yayılır və b

arrow Ətraflı
Naxçıvanda avtomobil 4 nəfəri vurdu  FOTO like
  • 13 May 22:29  
Digərləri Naxçıvanda avtomobil 4 nəfəri vurdu FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət al�

arrow Ətraflı
"Cennifer Lopez bizim müğənnilərdən yaxşı geyinir" like
  • 13 May 22:20  
Şou-biznes "Cennifer Lopez bizim müğənnilərdən yaxşı geyinir"

Əməkdar artist Elnarə Abdullayeva bəzi sənət adamlarının geyimini tənqi

arrow Ətraflı
Məcnun Məmmədov koronavirusa yoluxdu like
  • 13 May 21:55  
Digərləri Məcnun Məmmədov koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.

arrow Ətraflı
Ramaldan danışıb ağladı like
  • 13 May 21:44  
Şou-biznes Ramaldan danışıb ağladı

Xalq artisti Mələkxanım Eyubova qardaşı oğlu, müğənni Ramal İsrafilovd

arrow Ətraflı
Bu şəxslərə mənzil like
  • 13 May 21:32  
Digərləri Bu şəxslərə mənzil

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uç

arrow Ətraflı
Nə edək ki, çiyələklər tez xarab olmasın? like
  • 13 May 21:30  
Digərləri Nə edək ki, çiyələklər tez xarab olmasın?

Çiyələklərin çürüməsinin qarşısını almaq üçün onları düzgün ş

arrow Ətraflı
ANAMAnın rəhbər şəxsi işdən azad edildi like
  • 13 May 21:19  
Digərləri ANAMAnın rəhbər şəxsi işdən azad edildi

ANAMA-nın rəhbər şəxsi işdən azad edilib.

arrow Ətraflı