Şəkidə kitabxana əməkdaşları üçün təlim təşkil olunub FOTO
Kriminal 07 Mar 2025 17:41:00 94 0
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə və oxuculara xidmət sahəsində yeni metodoloji yanaşmalarla tanış olmalarını təmin etmək məqsədilə 2025-ci ilin 6 mart tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində təlim keçirilib.
Bu xəbəri də oxu: Reanimasiyada olan aktyorun həyat yoldaşı danışdı
Təlimdən öncə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov çıxış edərək təlimin kitabxana əməkdaşlarının təkmilləşməsi üçün əhəmiyyətinə diqqət çəkiblər.
Daha sonra Azərbaycan Milli Kitabxanasının direktor müavini, Tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova və Milli Kitabxananın şöbə müdiri Sevinc Əfəndiyeva "Müasir kitabxanalarda elektron - informasiya xidmətinin təşkili" və "KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi" mövzularında məruzə və təqdimatla çıxış ediblər. Təlimdə Şəki ilə yanaşı Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakəndən olan kitabxana əməkdaşları iştirak ediblər.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Milli Kitabxananın nəşrlərinin təqdimatı keçirilib və kitablar yerli kitabxanalara hədiyyə edilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
"Həyatımda, qəlbimdə elə bir insan yoxdur ki, onu sevməyim. Hər kəs

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Qaradağ rayonunda torpaq sahəsi və fərdi evlərə çıxarış almaq adı alt

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyoru Möylə Mirzə

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri i

Cənubi Koreyanın impiçment edilmiş prezidenti Yun Sok Yol Seul məhkəməsi

Məşhur amerikalı aktrisa Pamela Bax 62 yaşında aldığı güllə yarasında

"Biz valideynlərimizi seçmirik, onlara görə cavabdeh deyilik".

Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə

Ermənistan hökuməti ölkənin Avropa İttifaqı və Belçikadakı nümayənd�

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir
