Bakıda daha bir şadlıq sarayının fəaliyyəti DAYANDIRILDI VİDEO


Digərləri 07 Mar 2025 15:39:00 117 0

Bakıda daha bir şadlıq sarayının fəaliyyəti DAYANDIRILDI  VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.

Bu barədə Son.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

"Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 72 ünvanında yerləşən "Görüş" şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonlarından istifadə olunur və həmin balonlar rezin borular vasitəsilə qaz cihazlarına birləşdirilib;

- obyekt yanğın su hovuzu və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib;

- elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur;

- elektrik avadanlıqları artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib;

- obyektin bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;

- anbar kimi istifadə olunan sahəsində köçürmə yolları müxtəlif materiallarla tutulub;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb;

- təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün "Çıxış" sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 72 ünvanında yerləşən "Görüş" şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd edilib.

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edir like
  • 07 Mar 15:38  
Digərləri AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edir

Aprelin 5-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığ�

arrow Ətraflı
Müəllimləri təhqir edən direktorun şok SƏS YAZISI  AUDİO like
  • 07 Mar 15:34  
Digərləri Müəllimləri təhqir edən direktorun şok SƏS YAZISI AUDİO

Müəllimləri təhqir etdiyi iddia olunan 301 nömrəli tam orta məktəbin dir

arrow Ətraflı
Ərdoğandan Ukraynaya ÇAĞIRIŞ like
  • 07 Mar 15:25  
Digərləri Ərdoğandan Ukraynaya ÇAĞIRIŞ

Biz ədalətli, davamlı və şərəfli sülh uğrunda mübarizə aparan hər ik

arrow Ətraflı
Martın 10u qatarların qrafiki necə olacaq? like
  • 07 Mar 15:18  
Digərləri Martın 10u qatarların qrafiki necə olacaq?

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qatarları martın 10-da iş g

arrow Ətraflı
Pensiyalarla bağlı vacib XƏBƏR like
  • 07 Mar 15:10  
Digərləri Pensiyalarla bağlı vacib XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
"Azpetrol"da avtomobil partladı like
  • 07 Mar 15:02  
Digərləri "Azpetrol"da avtomobil partladı

Lökbatan qəsəbəsində "Azpetrol" yanacaq doldurma məntəqəsində

arrow Ətraflı
"Dəfnimə gəlsə, buraxmayın"  Qardaşından Özcana like
  • 07 Mar 15:00  
Şou-biznes "Dəfnimə gəlsə, buraxmayın" Qardaşından Özcana

Türkiyəli rejissor Ercan Dəniz qardaşı, aktyor-müğənni Özcan Dənizlə

arrow Ətraflı
Zəhərlənərək ölən qardaş və bacıların like
  • 07 Mar 14:58  
Digərləri Zəhərlənərək ölən qardaş və bacıların

Xəbər verdiyimiz kimi, martın 5-də Göygöldə qardaş və iki bacısı zəh

arrow Ətraflı
Peyğəmbərlik yuxuları görən BÜRCLƏR like
  • 07 Mar 14:44  
Digərləri Peyğəmbərlik yuxuları görən BÜRCLƏR

Bəzi bürclərin o biri dünya və mistik dünya ilə xüsusi əlaqəsi var

arrow Ətraflı
8 martın əvəzində hansı gün iş olmayacaq?  RƏSMİ QƏRAR like
  • 07 Mar 14:30  
Digərləri 8 martın əvəzində hansı gün iş olmayacaq? RƏSMİ QƏRAR

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən,

arrow Ətraflı
"Həmin daşlardan özümə saray tikirəm"  Aygün dəbdəbəli evindən danışdı like
  • 07 Mar 14:26  
Şou-biznes "Həmin daşlardan özümə saray tikirəm" Aygün dəbdəbəli evindən danışdı

Xalq artisti Aygün Kazımova illər sonra özünə böyük ev tikdiyini açıql

arrow Ətraflı
Qaradağda dələduzluq edən şəxs həbs edildi like
  • 07 Mar 14:21  
Digərləri Qaradağda dələduzluq edən şəxs həbs edildi

Vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda m

arrow Ətraflı
Təyyarədə fotoçəkiliş və tütün çəkməyə görə cərimələr 5 dəfə artırılır like
  • 07 Mar 13:54  
Digərləri Təyyarədə fotoçəkiliş və tütün çəkməyə görə cərimələr 5 dəfə artırılır

Hava gəmisində davranış qaydalarının pozulmasına görə cərimələr art�

arrow Ətraflı
Ehtiyatda olan hərbçilər bu hallarda 700 manatadək cərimə ediləcək like
  • 07 Mar 13:49  
Digərləri Ehtiyatda olan hərbçilər bu hallarda 700 manatadək cərimə ediləcək

Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim

arrow Ətraflı