Bu şəxslər üçün yeni güzəştlər müəyyənləşir
Digərləri 21 Yan 2025 15:25:00 88 0
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.
Bu xəbəri də oxu: Çin istehsalı olan hibrid avtomobillər niyə ucuzlaşıb? ARAŞDIRMA
Son.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün
- əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;
- satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;
- əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;
- əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;
- portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;
- həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Nurlan Şahyəddin oğlu Namazov vəfat
2025-ci ildə Həcc ziyarətinin qiymətləri bahalaşıb.
Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
İş adamı Murat C. həyat yoldaşını qeyr-adi səbəbə görə məhkəməyə
Çinli alimlər qısa videolara baxmağın insan beyninə olan təsirini araşd�
ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimindən sonra keçiri
Narsisizm yalnız özünə heyranlıqla bağlı deyil; daha mürəkkəb və müx
Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş cinayətl
Yanvarın 21-də "planetlərin böyük paradı" müşahidə olunacaq.
Bu il "Altın Kələbək" mükafatına layiq görülən azərbaycanlı
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər
Bu gün hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsində zə