Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək


Digərləri 21 Yan 2025 14:50:00 87 0

Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək

Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək.

Son.az xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.

Belə ki, sözügedən Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilmişdir. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulmuşdur və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.

Eyni zamanda Qanunun 16-4.5-ci maddəsinə münasibətdə, bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulmuş digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımının 2025-ci il yanvarın 1-dən etibarən başlanılması nəzərdə tutulub.

Yuxarıda göstərilənləri nəzərə alaraq icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə "Tibbi sığorta haqqında" Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.

Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq./APA

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi like
  • 21 Yan 14:47  
Siyasət Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

arrow Ətraflı
Prezident Davosda Cared Kohen ilə görüşüb like
  • 21 Yan 14:46  
Siyasət Prezident Davosda Cared Kohen ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Ondan boşanmaq istəyən ərinə 14 min təzminat ödəyəcək like
  • 21 Yan 14:44  
Digərləri Ondan boşanmaq istəyən ərinə 14 min təzminat ödəyəcək

İş adamı Murat C. həyat yoldaşını qeyr-adi səbəbə görə məhkəməyə

arrow Ətraflı
Qısa videolar izləmək görün nələrə səbəb olur like
  • 21 Yan 14:39  
Digərləri Qısa videolar izləmək görün nələrə səbəb olur

Çinli alimlər qısa videolara baxmağın insan beyninə olan təsirini araşd�

arrow Ətraflı
Maskın əl hərəkəti müzakirələrə səbəb oldu like
  • 21 Yan 14:30  
Dünya Maskın əl hərəkəti müzakirələrə səbəb oldu

ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimindən sonra keçiri

arrow Ətraflı
Həssas narsistləri tanımaq üçün 9 əlamət like
  • 21 Yan 14:24  
Digərləri Həssas narsistləri tanımaq üçün 9 əlamət

Narsisizm yalnız özünə heyranlıqla bağlı deyil; daha mürəkkəb və müx

arrow Ətraflı
"La Gazette du Caucase" erməni ekstrimizminə xidmət göstərən fransız KİVi ifşa edir like
  • 21 Yan 14:19  
Siyasət "La Gazette du Caucase" erməni ekstrimizminə xidmət göstərən fransız KİVi ifşa edir

Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş cinayətl

arrow Ətraflı
Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq like
  • 21 Yan 14:19  
Digərləri Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq

Yanvarın 21-də "planetlərin böyük paradı" müşahidə olunacaq.

arrow Ətraflı
Bakıda 3 nəfər dəm qazından öldü like
  • 21 Yan 14:18  
Digərləri Bakıda 3 nəfər dəm qazından öldü

Bakının bir rayonunda 3 nəfər dəm qazından boğulub. 

arrow Ətraflı
Rusiya və Ermənistan XİN rəhbərləri görüşdü like
  • 21 Yan 14:02  
Digərləri Rusiya və Ermənistan XİN rəhbərləri görüşdü

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər

arrow Ətraflı
"İttiham olunan şəxslər ən ağır cəza ilə cəzalandırılacaq" like
  • 21 Yan 13:57  
Digərləri "İttiham olunan şəxslər ən ağır cəza ilə cəzalandırılacaq"

Bu gün hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsində zə

arrow Ətraflı
Elektrik avtobuslarının problemi nədir? like
  • 21 Yan 13:48  
Digərləri Elektrik avtobuslarının problemi nədir?

Paytaxtımızın ekoloji təmiz avtobusları deyəsən çox da təmiz işləmir.

arrow Ətraflı
TikTokun bağlanmasına əsəbiləşib görün nə etdi like
  • 21 Yan 13:40  
Dünya TikTokun bağlanmasına əsəbiləşib görün nə etdi

Viskonsin ştatında yeniyetmə TikTok qadağasına görə qəzəblənib, yerli

arrow Ətraflı
Tramp 1600 nəfəri əfv etdi like
  • 21 Yan 13:26  
Dünya Tramp 1600 nəfəri əfv etdi

ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Kapitoliya binasın

arrow Ətraflı