Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? AÇIQLAMA
Digərləri 21 Yan 2025 14:56:00 93 0
2025-ci ildə Həcc ziyarətinin qiymətləri bahalaşıb.
Bu xəbəri də oxu: Sumqayıtda yataqxanada yanğın 11 nəfər təxliyə edildi
Son.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il Azərbaycan zəvvarlarının həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 950 dollar təşkil edir. Ziyarət hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Otən il isə Həcc ziyarətinin qiyməti 5 850 dollar olub.
Araşdırmaçı yazar Rəsul Mirhəşimli qaynarinfo-ya bildirib ki, Həcc ziyarəti İslamın beş əsas şərtindən biridir:
"Bu ziyarət dünyadakı milyonlarla müsəlman üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Həcc ziyarəti maddi imkanları bu ibadəti gerçəkləşdirməyə yetən müsəlmanlar üçün vacib sayılır, o zaman məsələni anlamaq mümkün ola bilər. Lakin qeyd etmək lazımdır ki, bu məsələ təkcə obyektiv səbəblər üzündən qiymət artımı ilə müşahidə olunmur, problemin yaranmasının həm də subyektiv cəhətləri mövcuddur. Bu da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) özünün tətbiq etdiyi qiymət siyasətindən irəli gəlir".
R. Mirhəşimli onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı hər ölkədə orada yaşayan müsəlmanların sayına uyğun həcc kvotası müəyyən edir:
"Bu da təxminən hər milyon nəfər üçün min nəfər zəvvarın gedişinə şərait yaradır. Bu kvotanı əsas götürməklə QMİ-də Həccə gedəcək zəvvarların sayını artıra bilər. Çünki əvvəlki illərdə Azərbaycan zəvvarları 5 min nəfərlə Həccə getdiyi vaxtlar olub. Zəvvarların sayının çox olması xidmət səviyyəsindən asılı olaraq, qiymətlərə də təsir edə bilər, bu zaman ortaya fərqli qiymətlər çıxaracaq. Azərbaycan zəvvarları əvvəlki illərdə bu cür fərqli qiymətlərə uyğun öz büdcəsinə görə seçim edirdi. Lakin neçə ildir bu fərq aradan qaldırılıb, QMİ Həcc ziyarəti ilə bağlı yalnız bir qiymət təklif edir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Həcc ziyarətinin qiymətlərinin artması çoxsaylı müsəlmanların bu müqəddəs və vacib ibadəti yerinə yetirmələrinə mane olur. Məsələyə dünyadakı iqtisadi böhranlar, inflyasiya və qlobal münaqişələr prizmasından yanaşanda bu hadisələrin Həcc ziyarətinin qiymətinə birbaşa təsir göstərdiyini görürük. Dünyanın müxtəlif yerlərində baş verən münaqişələr, daşımaların çətinləşməsi, yanacaq qiymətlərinin artması, logistika və infrastruktura xərclərin yüksəlməsi ümumilikdə ziyarət xərclərinin artmasına səbəb olur. Bu səbəbdən, Səudiyyə Ərəbistanı zəvvarları qarşılayan ölkələr və əlaqəli şirkətlər əlavə xərc və risklərlə üzləşirlər ki, bu da ziyarət qiymətlərinin yüksəlməsinə yol açır".
Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
İş adamı Murat C. həyat yoldaşını qeyr-adi səbəbə görə məhkəməyə
Çinli alimlər qısa videolara baxmağın insan beyninə olan təsirini araşd�
ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimindən sonra keçiri
Narsisizm yalnız özünə heyranlıqla bağlı deyil; daha mürəkkəb və müx
Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş cinayətl
Yanvarın 21-də "planetlərin böyük paradı" müşahidə olunacaq.
Bu il "Altın Kələbək" mükafatına layiq görülən azərbaycanlı
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər
Bu gün hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsində zə
Paytaxtımızın ekoloji təmiz avtobusları deyəsən çox da təmiz işləmir.
Viskonsin ştatında yeniyetmə TikTok qadağasına görə qəzəblənib, yerli