İşsiz qalan həmin həkimlərlə bağlı rəsmi AÇIQLAMA
Digərləri 14 Yan 2025 16:27:00 71 0
"2024-cü ildə rezidentura üzrə təhsilimizi tamamlamışıq və noyabrın 7-də yekun attestasiya imtahanından keçərək həkim-mütəxəssis ixtisasına yiyələnmişik. Lakin buna baxmayaraq, bizi işlə hələ də təmin etmirlər".
Bu xəbəri də oxu: İmtahana qeydiyyat elan olundu
Bu şikayətlə "Qafqazinfo"ya Azərbaycan Tibb Universitetinin bir qrup məzunu müraciət edib.
Onların sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi yekun attestasiyadan sonra 1 aydan gec olmayaraq həyata keçirilməlidir. Lakin həmin vaxtdan 2 aydan çox keçsə də, hələ də qanunvericiliyin tələbi yerinə yetirilmir.
"Biz 6 illik bakalavr və ixtisasdan asılı olaraq 2-5 illik rezidentura təhsilini uğurla başa vurmuşuq. Lakin bu proses səbəbsiz şəkildə nazirlik tərəfindən ləngidilib və yüzlərlə həkim-mütəxəssis işsiz qalıb. Bununla bağlı Nazirliyə tərəfimizdən dəfələrlə müraciət edilib, lakin müsbət cavab verilməyib. Nazirliklə yenə əlaqə saxlamağa cəhd edirik, "qaynar xətt" zənglərimizə cavab vermir, qəbula getdikdə isə suallarımıza cavab verəcək müvafiq səlahiyyətli şəxsin olmadığını və ya qəbula girməyin qeyri-mümkünlüyünü bildirirlər. Halbuki bütün tibb müəssisələrində ixtisaslı həkim çatışmazlığı mövcuddur. Kimlərinsə səhlənkarlığı səbəbindən gənc həkimlərə dövlətimizin yaratdığı imkanlardan tam istifadə etmək imkanı verilmir və bu vəziyyət onların hüquqlarının pozulması ilə nəticələnir", - şikayətçilər bildiriblər.
Efirdə aparıcı Elgiz Əkbərlə qonağı Elit star Cəmilə arasında gərgin
YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin ik
Daxili xidmət polkovnik-leytenantı Anar Əzizağa oğlu Salahov Fövqəladə H
Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.
Türkiyə Super Liqasında gözlənilməz dəyişiklik baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə
Qəsdən adam bıçaqlamaqda ittiham edilən ictimai fəal Afiəddin Məmmədov
AZAL-ın təyyarəsinin "qara qutu"larının deşifrə edilməsi mətb
Qeyri-adi açıqlamaları ilə diqqət çəkən müğənni Yusuf Güney bu dəf�
Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə a
Bu il başlayandan ölkə ərazisində bir neçə zəif yeraltı təkanlar qeyd�
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Nümayəndələr Palatasınd
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən
Malayziyanın Kralı Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İ
Abşeronda piyada ölümü ilə nəticələnən avtoqəza olub.