İmtahana qeydiyyat elan olundu


Digərləri 14 Yan 2025 19:07:00 62 0

İmtahana qeydiyyat elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edib.

DİM-dən Son.az-a bildirilib ki, ixtisas imtahanı 9 istiqamət üzrə martın 2-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) kompüterlər vasitəsilə keçiriləcək.

Qiymətləndirmə fəaliyyətinin istiqamətləri bunlardır:

1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;

2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

3. daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

4. müəssisələrin qiymətləndirilməsi;

5. qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;

6. kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

7. təbii sərvətlərin qiymətləndirilməsi;

8. dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;

9. xidmətlərin qiymətləndirilməsi.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. Qəsdən ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər. Ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in saytında "Şəxsi kabinet" yaratmalı və fevralın 17-dək "Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanlarında iştirakı üçün qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Namizəd elektron müraciətində əldə etmək istədiyi ixtisas şəhadətnaməsinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti istiqamətlərindən birini seçir. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır. Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından Mərkəzin "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat prosesi başa çatdıqdan sonra imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın davametmə müddəti 1 saatdır.

Namizədlər imtahan bitdikdə öz nəticələri ilə tanış ola bilərlər. Bundan əlavə, namizədlərin əldə etdikləri nəticə Mərkəz tərəfindən onların "Şəxsi kabinet"inə yüklənəcəkdir. İmtahanın nəticəsindən narazı qalan namizəd nəticənin elan olunduğu vaxtdan 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

İmtahandan müvəffəqiyyətlə keçmiş müvafiq şəhadətnamə təqdim edilir. İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur. İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.

Namizədlərə imtahana səmərəli hazırlaşmaları üçün DİM-in saytından test imtahanı proqramları ilə tanış olmaq tövsiyə edilir.

Hafiz Hacıyev yaddaşını itirdi?  AÇIQLAMA like
  • 14 Yan 19:00  
Digərləri Hafiz Hacıyev yaddaşını itirdi? AÇIQLAMA

Çoxdandır ictimai-siyasi aktivliyi müşahidə olunmayan Müasir Müsavat Part

arrow Ətraflı
Livanın yeni baş naziri o oldu like
  • 14 Yan 18:59  
Dünya Livanın yeni baş naziri o oldu

Livanda hökumətin yeni baş nazirinin adı məlum olub.

arrow Ətraflı
"Təkcə qulaqlarım və göz bəbəklərim təbiidir"  FOTOlar like
  • 14 Yan 18:51  
Şou-biznes "Təkcə qulaqlarım və göz bəbəklərim təbiidir" FOTOlar

Türkiyəli məşhur modelyer və dizayner Gülşah Saraçoğlu plastik əməliy

arrow Ətraflı
Qalyan: İrəvana yeni Konstitusiya lazımdır like
  • 14 Yan 18:46  
Digərləri Qalyan: İrəvana yeni Konstitusiya lazımdır

Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusiyanın hazırlanmas�

arrow Ətraflı
Nəhmət Rəhmanova yüksək vəzifə verildi  FOTO like
  • 14 Yan 18:44  
Digərləri Nəhmət Rəhmanova yüksək vəzifə verildi FOTO

Yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direkt

arrow Ətraflı
"Demişdi ki, yasımda deyingülün"  VİDEO like
  • 14 Yan 18:25  
Şou-biznes "Demişdi ki, yasımda deyingülün" VİDEO

Aktyor və aparıcı Ramil Babayev "Elcanlı" verilişinin qonağı ol

arrow Ətraflı
Qəzzada atəşkəs olacaq   Bu gün elan edilə bilər like
  • 14 Yan 18:20  
Dünya Qəzzada atəşkəs olacaq  Bu gün elan edilə bilər

Yaxın Şərqdəki gərginliklə bağlı Qətər, HƏMAS və İsrail tərəfind

arrow Ətraflı
Sabah bəzi ərazilər işıqsız qalacaq like
  • 14 Yan 18:12  
Digərləri Sabah bəzi ərazilər işıqsız qalacaq

Sabah bəzi rayonlarda işıq olmayacaq.

arrow Ətraflı
"İranın iqtisadiyyatını çökdürdüm, Əsəd hökuməti də devrildi" like
  • 14 Yan 17:58  
Dünya "İranın iqtisadiyyatını çökdürdüm, Əsəd hökuməti də devrildi"

Ağ Evdə işlədiyim dörd il ərzində İran hökuməti və onun Yaxın Şərq

arrow Ətraflı
Bu şəxslər Maldivə vizasız gedə biləcəklər like
  • 14 Yan 17:57  
Siyasət Bu şəxslər Maldivə vizasız gedə biləcəklər

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv

arrow Ətraflı
Bu ərazidə qaz olmayacaq like
  • 14 Yan 17:56  
Digərləri Bu ərazidə qaz olmayacaq

Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatı

arrow Ətraflı
"O verilişdən tüpürüb çıxdım"  VİDEO like
  • 14 Yan 17:48  
Şou-biznes "O verilişdən tüpürüb çıxdım" VİDEO

Müğənni Nadir Qafarzadə başına gələn xoşagəlməz hadisədən danışı

arrow Ətraflı
Filiz Akının səhhətində problem yarandı  Vəziyyəti ağırdır like
  • 14 Yan 17:27  
Şou-biznes Filiz Akının səhhətində problem yarandı Vəziyyəti ağırdır

Yeşilçamın aktrisası Filiz Akın uzun müddətdir səhhətində problemlər

arrow Ətraflı
Azərbaycanda 9 yaşlı qız öldü like
  • 14 Yan 17:21  
Digərləri Azərbaycanda 9 yaşlı qız öldü

Ağcabədi rayonunda məktəbli qız yaşadığı evdə vəfat edib.

arrow Ətraflı