Nəhmət Rəhmanova yüksək vəzifə verildi FOTO
Digərləri 14 Yan 2025 18:44:00 59 0
Yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib.
Bu xəbəri də oxu: Bu ərazidə qaz olmayacaq
Bu barədə Son.az-a TƏBİB-dən bildirilib.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bu gün N.Rəhmanovu kollektivə təqdim edib.
Məlumat üçün bildirək ki, N.Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
O, 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsil alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur. N.Rəhmanov 1994-2021-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibbi xidmət idarələrində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 26 dekabr 2024-cü il tarixli 18-1/3-1-2572/2024 nömrəli əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli təsdiq edilib. Bir müddət əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb.
BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli vərəm əleyhinə dispanserlər, 1 və 2 nömrəli xüsusiləşdirilmiş vərəm xəstəxanaları, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası, Suraxanı Tibb Mərkəzinin 3 saylı Doğum evi, eləcə də tabeli tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.
Aktyor və aparıcı Ramil Babayev "Elcanlı" verilişinin qonağı ol
Yaxın Şərqdəki gərginliklə bağlı Qətər, HƏMAS və İsrail tərəfind
Ağ Evdə işlədiyim dörd il ərzində İran hökuməti və onun Yaxın Şərq
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv
Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatı
Müğənni Nadir Qafarzadə başına gələn xoşagəlməz hadisədən danışı
Yeşilçamın aktrisası Filiz Akın uzun müddətdir səhhətində problemlər
İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik
Pensiyaçılar yanvar ayında pensiyalarını əvvəlki qayda ilə, yəni 280 ma
Haberler.com-un CEO-su Sümeyra Teymur Meta-nın ağıllı eynəklərinin məxfi
Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus nəqliyyat vasitələri v�
Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadü