YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “Sonluqdan Sonsuzluğa” yekun sərgisini təqdim etdi FOTO
Kriminal 14 Yan 2025 16:09:00 58 0
YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin "SONLUQDAN SONSUZLUĞA" yekun sərgsini təqdim etdi.
Bu xəbəri də oxu: Afiəddin Məmmədova 8 il iş verildi
YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllifliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidissiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 30 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək 4 fərqli buraxılış layihələrini hazırlamışlar.
YARAT Müasir İncəsənət Məktəbinin "Sonluqdan sonsuzluğa" adlanan builki final sərgisi birillik nəzəri kursun uğurlu nəticəsini qeyd edərək, sərginin açılışında iştirak edən 700-ə yaxın tamaşaçı kütləsinə unikal və rəngarəng multimedia şousu təqdim etdi. Bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində bu məktəbin rəhbəri Sabina Şıxlinskayanın "sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət" konsepsiyası dayanır.
Hegel fəlsəfəsinin dialektik arqumentasiya metoduna görə, hərəkət bizi qaçılmaz olaraq başladığımız nöqtəyə gətirib çıxarır. Beləliklə, biz "sonsuz sayda sonluqlar" ilə qarşılaşırıq. Lakin sonluqlar bu sərhəddə daim qeyb olurlar. Həqiqi sonsuzluq özündə iki əsas aspekti birləşdirir: sonsuzluğun özü və daim formalaşan sonluq. Bu sonsuzluqda sonluq yox olur və yalnız həqiqi sonsuzluq, yəni öz-özlüyündə mövcud olan varlıq qalır, çünki artıq başqa heç nə mövcud olmur.
Müasir insanın aktual mövcudluğu, özünün həqiqi mənasında, iki qütb arasındakı gərginlikdən - dünyəvi və ilahi, mükəmməl və natamam, həqiqət və yalan, nizam və xaosdan qaynaqlanan bir vəziyyət kimi açılır. Bu mövcudluq, "indinin sərhədlərini gələcəyin imkanlarına doğru dəyişməklə" öz ifadəsini tapır. Sonsuzca uzaqlaşan üfüqün ardınca qaçmaq isə, məhz müasir insanın qismətidir.
Sərgi: "Sonlqdan sonsuzluğa" Kurator: Sofiya Frank Art menecer: Tunar Amirov Rəssamlar: Ellada Ağayeva, Xəyalə Əkbər, Aliya The Mushroom
"Dəyişkən kimliklər" sərgisi Kurator: Mənsurə Məmmədəliyeva Art menecer: Nigar Nağdıyeva Rəssamlar: Ramil Aliev, Fidan Əbilova, Sabina Jafar, Lemontin, Aytac Məcnun, Darya Safarova, Nara Safarova, Valentido
Daxili xidmət polkovnik-leytenantı Anar Əzizağa oğlu Salahov Fövqəladə H
Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.
Türkiyə Super Liqasında gözlənilməz dəyişiklik baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə
Qəsdən adam bıçaqlamaqda ittiham edilən ictimai fəal Afiəddin Məmmədov
AZAL-ın təyyarəsinin "qara qutu"larının deşifrə edilməsi mətb
Qeyri-adi açıqlamaları ilə diqqət çəkən müğənni Yusuf Güney bu dəf�
Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə a
Bu il başlayandan ölkə ərazisində bir neçə zəif yeraltı təkanlar qeyd�
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Nümayəndələr Palatasınd
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən
Malayziyanın Kralı Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İ
Abşeronda piyada ölümü ilə nəticələnən avtoqəza olub.
Gündəlik mobil telefonumuza kifayət qədər fərqli proqramlar yükləyirik.
Bu ilin yanvar, fevral və avqust aylarında "planetlərin paradı" ki