Saxta plastik cərrah qalmaqalı böyüyür: Yeni həbslər gözlənilir?
Digərləri 14 Yan 2025 09:54:00 87 0
Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalmağa davam edir. Plastik cərrahiyyə əməliyyatı keçirən bəzi şəxslərin ixtisaslarının uyğun olmadığı, müvafiq icazələrinin isə saxta olduğu üzə çıxıb.
Bu xəbəri də oxu: Məktəbdə doğuş edən qız körpəni...
Son olaraq burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın vəfatı bu məsələyə ictimai diqqəti artırıb.
Son.az-ın məlumatına görə, saxta plastik cərrahlarla bağlı məsələ daha da böyüyəcək.
Tezliklə rəsmi qurumlar tərəfindən genişmiqyaslı tədbirlərin görüləcəyi və yeni həbslərin olacağı gözlənilir.
Məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ay əməliyyat həyata keçirib. Məlum olub ki, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, akkreditasiya şöbəsinin keçmiş müdiri Lətafət Cabbarova və digər şəxslər həkimlərin ixtisaslarının qanunsuz olaraq dəyişdirilməsində və saxta sertifikatlarla təmin edilməsində iştirak ediblər. Bu qanunsuzluqlar nəticəsində çoxsaylı şəxslərdən rüşvət alındığı müəyyən edilib.
Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvətalma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarova barəsində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Baş Prokururluq bildirib ki, qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
Əldə etdiyimiz məlumata görə, araşdırmalar çərçivəsində başqa yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb olunacağı bildirilir. Hazırda onlar barədə araşdırma aparılır. Həmçinin, bir sıra özəl klinikalarda da əməliyyatların keçiriləcəyi gözlənilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, plastik cərrahlar praktik fəaliyyətlərini təsdiq edən sənədləri 2025-ci il yanvarın 31-dək təqdim etməlidirlər. Əks halda, onların tibbi fəaliyyət hüququ ləğv ediləcək. Bu məqsədlə müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə Xüsusi Təftiş Komissiyası yaradılıb./modern.az
Ulduzlar bu həftə dörd bürcə maliyyə rifahı vəd edir.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
Aktrisa Bedia Ener Öztep dünyasını dəyişib. Son.az haberler-ə istinadl
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Kriminal aləmdə "Amin Mərdəkanski" ləqəbi ilə tanınan Amin Xud
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat
Türkiyədə 15 yaşlı qız Torpaq Müfəttişliyinin tualetində dünyaya gət
Xalq artisti Tünzalə Ağayeva illər əvvəl Əməkdar artist Vasif Məhərrə
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sistemin
İranəsilli Almaniya vətəndaşı Nahid Təqvi İran həbsxanasında dörd il
Zaqatalada bir uşaq anası dəm qazından zəhərlənərək ölüb.
Müğənni Gülay Zeynallı başına gələn hadisəni danışıb.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən yaşayış binaların
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində meşə yanğınları