Fransanın casus şəbəkəsi nələrə cəhd edib? Məhkəmə prosesində yeni məqamlar
Digərləri 07 Yan 2025 12:19:00 92 0
Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bu xəbəri də oxu: Özünü bahalı "Mersedes"i ilə basdırdı VİDEO
Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb.
Təqsirləndirilən şəxslər açıq məhkəmə iclasında mühakimə edilirlər. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarının qorunması ilə bağlı məhkəmə prosedurlarını həyata keçirib. Prosesdə yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən Martin Ryan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.
Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.
Razılaşmadan sonra Azad Məmmədli ilə konkret xüsusi mobil tətbiqləri və gmail adresi üzərindən əlaqə saxlanılıb.
Təqsirləndirilən şəxslər - Martin Ryan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Açıq məhkəmə prosesində təqsirləndirilən Martin Ryan cinayət işi üzrə özünü qismən təqsirli bilib və bunu sübuta yetirəcək dəlillərinin mövcudluğunu qeyd edib.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərin, şahidlərin dindirilməsi, sənədlərin, sübutların tədqiqi ilə davam etdirilməsi ilə bağlı qərar qəbul edib.
Proses fevralın 19-da davam etdiriləcək.
Məhkəmə prosesi açıq davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı 276-cı maddə (casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə 274-cü maddə (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
Məlum olduğu kimi, ötən müddətdə geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın a
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən
Son illərdə insanlarda onlayn alış-verişə maraq artıb. Onlayn alış-veri
Təyyarə gərginliyindən sonra Rusiya Azərbaycandakı "5-ci kolon"u
İndiyədək 188 mikro və kiçik sahibkarlıq subyekti "Startap" şə
Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni məhkəmə işi ba
Dünya pravoslavları Milad bayramını qeyd edir.
2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron
Elə bir qalmaqal təsəvvür edin ki, BMW, Volkswagen və Mercedes-Benz kimi n�
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəs
Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi Aktyor Az�
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları zaman�
Əhməd Əhmədzadə "Şərəf" ordeni ilə təltif edilib.