Yaşasaydı, bu gün onun 40 yaşı tamam olacaqdı


Digərləri 07 Yan 2025 11:10:00 85 0

Yaşasaydı, bu gün onun 40 yaşı tamam olacaqdı

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları zamanı qəzaya uğrayan MiQ-29 təyyarəsinin həlak olmuş pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.

Son.az xəbər verir ki, yaşasaydı, bu gün onun 40 yaşı tamam olacaqdı.

Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində dünyaya gəlib. Ailədə üç qardaş olublar.  

O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. 2002-ci ildə Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. İkinci kursda oxuyanda ilk dəfə ixtisaslaşma tətbiq olunanda aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. O, seçilmiş 35 nəfərlə birgə təhsil alıb, ancaq diplom verilən cəmi 5 nəfərdən biri olub. 2006-cı ildə həmin məktəbin uçuş mühəndisi ixtisasına yiyələnərək, oranı yüksək nəticələrlə başa vurub.

R.Atakişiyev 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb. Aprel döyüşlərinin iştirakçılarından biri olub. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələrək polkovnik-leytenant hərbi rütbəsinə layiq görülüb.

2013-cü ildə ABŞ Hava Qüvvələrinin Almaniyada təşkil etdiyi kursu uğurla bitirərək, sertifikat alıb.

R.Atakişiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar və təcrübəli pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

2019-cu il iyulun 29-da məzunbiyyətə çıxacaqdı. Məzuniyyətdən bir neçə gün əvvəl - iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hadisə üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış baş verib.

Sonra məlum olub ki, Rəşad Atakişiyevin təyyarəsi Xəzər dənizinə düşüb. Qəza nəticəsində pilot Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.

Rəsmilər qəzanın ilkin səbəbi kimi "quş dəstəsininn təyyarənin kabinəsinə çırpılması nəticəsində suya düşməsi"ni ehtimal etdiklərini deyiblər.

Lakin ailə üzvləri Rəşad Atakişiyevin öncəki danışıqlarından xatırlayırdılar ki, o həmişə gecə baş verən təyyarə qəzalarında quşların çırpılmasını istisna edib. Qayınatası Qabil Hüseynli mətbuata açıqlamasında deyir ki, kürəkəni hər zaman gecə uçmağın yaxşı olduğunu vurğulayıb: "Deyirdi ki, gecə uçmaq yaxşıdır, çünki gecələr quşlar uçmur".

Buna görə də, Rəşad Atakişiyevin ailə üzvləri qəzanın "quş dəstəsi" ilə bağlı olduğuna inanmayıblar.

Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis, eləcə də avadanlıqlar cəlb olunub. Avqustun 19-da təyyarənin "qara qutu"su, 20-də isə pilotun nəşi tapılıb. Ayın 21-də polkovnik-leytenant Atakişiyevin nəşi II Fəxri Xiyabanda torpağa tapşırılıb.   R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə R.Atakişiyev ölümündən sonra Azərbaycan Respublikasının "Şücaətə görə" medalı ilə təltif olunub. Medal 2019-cu ilin dekabrın 28-də pilotun ailəsinə təqdim edilib.

07.05.2021-ci ildə polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Şəhidin Turqut və Qalib adl iki oğul övladı yadigar qalıb.

"Aviasiya hadisəsinin araşdırılması komissiyası"nın gəldiyi son rəyə görə qəzanın səbəbi təyyarənin havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşması və nəticədə pilotun ağır bədən xəsarəti alaraq huşunu itirməsi olub. Bəzi hərbi ekspertlər isə iddia ediblər ki, Azərbaycan qırıcısı Xəzər dənizi üzərində təlim uçuşları həyata keçirən zaman ona Rusiya Cənub Hərbi Dairəsinin Radio Elektron Qoşunlarının cihazları təsir edə bilərdi. 

⁠Rəşad Atakişiyevin təyyarəsi doğrudanmı "quş dəstəsi" ilə toqquşmuşdu?.. Ailə üzvləri bu gün də həmin ehtimala inanmır, suala cavab axtarırlar. Pilotun səhhətində problemlərin və təyyarənin qəzalı vəziyyətdə olması versiyaları da inkar olunur...

Rəşad Saləddin oğlu Atakişiyevə məxsus bəzi şəxsi əşyalar hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.

Allah rəhmət eləsin./modernaz

Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edildi like
  • 07 Yan 11:04  
Siyasət Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edildi

Əhməd Əhmədzadə "Şərəf" ordeni ilə təltif edilib.

arrow Ətraflı
Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb like
  • 07 Yan 11:03  
Digərləri Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb

Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfind

arrow Ətraflı
Azərbaycanda məktəblərin sayı azalıb? like
  • 07 Yan 10:57  
Digərləri Azərbaycanda məktəblərin sayı azalıb?

Azərbaycanda son 1 ildə orta məktəblərin sayı azalıb. Elm və Təhsil Naz

arrow Ətraflı
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə like
  • 07 Yan 10:50  
Digərləri Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 19 yanvar tarixində ali t�

arrow Ətraflı
Tibet güclü zəlzələdən sonra... like
  • 07 Yan 10:46  
Dünya Tibet güclü zəlzələdən sonra...

Xəbər verdiyimiz kimi, Çinin Tibet Muxtar Bölgəsində baş verən güclü z

arrow Ətraflı
Azərbaycanda metapnevmovirusa yoluxan var?  RƏSMİ like
  • 07 Yan 10:41  
Digərləri Azərbaycanda metapnevmovirusa yoluxan var? RƏSMİ

Son məlumatlara görə, Çində geniş yayılan insan metapnevmovirusu (hMPV) Q

arrow Ətraflı
Mərkəzi Bankın strukturu dəyişdi  Bu departament ləğv edildi like
  • 07 Yan 10:36  
Digərləri Mərkəzi Bankın strukturu dəyişdi Bu departament ləğv edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri həyata keçiri

arrow Ətraflı
ABŞdə fövqəladə vəziyyət elan edildi like
  • 07 Yan 10:30  
Dünya ABŞdə fövqəladə vəziyyət elan edildi

ABŞ-nin mərkəzi bölgələrindən şərq sahilinə qədər uzanan çovğun 13

arrow Ətraflı
VÖENi ən asan və hansı sənədlərlə almaq olar? like
  • 07 Yan 10:23  
Digərləri VÖENi ən asan və hansı sənədlərlə almaq olar?

VÖEN-i ən asan və hansı sənədlərlə almaq olar?

arrow Ətraflı
Bakıda kişi arvadını evi yığışdırmadığına görə döydü like
  • 07 Yan 10:17  
Digərləri Bakıda kişi arvadını evi yığışdırmadığına görə döydü

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər

arrow Ətraflı
Yolu “Ukrayna” dairəsindən düşənlərin diqqətinə like
  • 07 Yan 10:16  
Digərləri Yolu “Ukrayna” dairəsindən düşənlərin diqqətinə

"Ukrayna" dairəsində turbo tipli dairənin təşkili layihəsi çər

arrow Ətraflı
2025in şanslıları  Yanvar ayından bu bürclərin həyatı dəyişəcək like
  • 07 Yan 10:12  
Digərləri 2025in şanslıları Yanvar ayından bu bürclərin həyatı dəyişəcək

Dörd əlamət üçün astroloji proqnozlar 2025-ci ildə unudulmaz sevinc anlar

arrow Ətraflı
Vilayət Zahirovun ailəsinə ağır itki like
  • 07 Yan 10:07  
Digərləri Vilayət Zahirovun ailəsinə ağır itki

Ədliyyə nazirinin sabiq müavini Vilayət Zahirovun ailəsinə ağır itki üz

arrow Ətraflı
Bu ölkədə boşanma qadağan edildi like
  • 07 Yan 10:00  
Dünya Bu ölkədə boşanma qadağan edildi

Şimali Koreya lideri Kim Çen In ölkədə boşanmanı qadağan edib.

arrow Ətraflı
Qızılın qiyməti artıb like
  • 07 Yan 09:57  
Digərləri Qızılın qiyməti artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr

arrow Ətraflı