Azərbaycanda məktəblərin sayı azalıb?
Digərləri 07 Yan 2025 10:57:00 68 0
Azərbaycanda son 1 ildə orta məktəblərin sayı azalıb. Elm və Təhsil Nazirliyinin 2024-cü təqvim ili hesabatına görə, Azərbaycanda ötən ilin sonlarında 4282 orta məktəb olub. Dövlət Statistika Komitəsinin 2023-cü tədris ilinə əhatə edən rəsmi məlumatına görə isə Azərbaycanda 4422 məktəb fəaliyyət göstərib.
Bu xəbəri də oxu: Deputat parlament iclasına tabut və kəfənlə gəldi FOTO
Son.az xəbər verir ki, modern.az məktəblərin sayının azalması səbəbi ilə maraqlanıb və bu məqsədlə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə əlaqə saxlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, 2023-2024-cü tədris ili ərzində ölkə ərazisində fəaliyyət göstərən 149 məktəb rasionallaşdırılıb:
"Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib. Rasionallaşdırılmaya (tipi dəyişdirilən, fəaliyyəti dayandırılan) təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilib"
Agentlik, həmçinin qeyd edib ki, 2023-2024-cü tədris ilində 9 yeni tam orta ümumtəhsil məktəbi istifadəyə verilib.
"Qeyd edirik ki, rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır", - rəsmi açıqlamada deyilir.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 19 yanvar tarixində ali t�
Xəbər verdiyimiz kimi, Çinin Tibet Muxtar Bölgəsində baş verən güclü z
Son məlumatlara görə, Çində geniş yayılan insan metapnevmovirusu (hMPV) Q
Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri həyata keçiri
ABŞ-nin mərkəzi bölgələrindən şərq sahilinə qədər uzanan çovğun 13
VÖEN-i ən asan və hansı sənədlərlə almaq olar?
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər
"Ukrayna" dairəsində turbo tipli dairənin təşkili layihəsi çər
Dörd əlamət üçün astroloji proqnozlar 2025-ci ildə unudulmaz sevinc anlar
Ədliyyə nazirinin sabiq müavini Vilayət Zahirovun ailəsinə ağır itki üz
Şimali Koreya lideri Kim Çen In ölkədə boşanmanı qadağan edib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəng�
Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilə
Azərbaycanda yanvarın 7-si saat 9:00-a olan məlumata əsasən hava şəraiti