"BMW" və "Mercedes"in gizli anlaşması illər sonra üzə çıxdı Əslində...
Digərləri 07 Yan 2025 11:30:00 101 0
Elə bir qalmaqal təsəvvür edin ki, BMW, Volkswagen və Mercedes-Benz kimi nəhənglərin üçünün birlikdə adı hallanır. Bəli, bu, həqiqətən də baş verib və bu şirkətlər öz maraqları naminə ekologiyaya zərər vurub.
Bu xəbəri də oxu: Bakıda avtobus qəzaya düşdü VİDEO
Son.az xarici mətbuata istinadla xəbər verir ki, avtomobil sənayesində ən məşhurlardan olan BMW, Mercedes və Volkswagen qrupunun (Audi, Porsche, Volkswagen) adı 2006-2014-cü illər arasında uzun müddət müzakirə olunacaq emissiya qalmaqalında hallanıb.
Bu üç şirkət dizel mühərriklərində emissiyanın azaldılması texnologiyalarını bilərəkdən zəiflədərək xərcləri aşağı saxlamağa çalışıblar. Bunun üçün gizli şəkildə əməkdaşlıq edərək bir-birlərinin tərəfini tutublar.
Belə ki, BMW, Volkswagen və Mercedes-Benz, xüsusilə "AdBlue" adlı emissiyanı təmizləyən mayenin istifadəsini təmin edən çənlərin ölçüsünü məhdudlaşdırıblar. Daha böyük çənlər zərərli azot oksidi qazını daha çox təmizləyə bilərdi, lakin xərclərə qənaət etmək məqsədilə bunu etməyiblər.
2006-2014-cü illər arasında baş verən razılaşma Daimler şirkətinin Avropa Komissiyasına müraciəti ilə üzə çıxıb. Daimler günahını etiraf etdiyi üçün cəzalandırılmayıb. Volkswagen 502 milyon avro cərimələnib, BMW isə 373 milyon avro cəriməyə məruz qalıb.
Təbii ki, cəzalar yalnız maddi zərərlə məhdudlaşmayıb. Bu üç böyük şirkətin ətraf mühitə qarşı laqeyd yanaşması və etik olmayan davranışları istehlakçıların etibarını da ciddi şəkildə sarsıdıb.
Bəzi ölkələrdə istehlakçılar sahib olduqları avtomobillərin vəd edilən emissiya standartlarına uyğun olmadığını iddia edərək inanılmaz miqdarda təzminat istəyiblər. 2023-cü ildə Cənubi Koreya bu şirkətlərə 33 milyon dollar cərimə tətbiq edib. Beləliklə, markaların həm nüfuzu zədələnib, həm də ciddi səviyyədə maddi itkilər yaşanıb.
İslam Son.az
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəs
Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi Aktyor Az�
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları zaman�
Əhməd Əhmədzadə "Şərəf" ordeni ilə təltif edilib.
Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfind
Azərbaycanda son 1 ildə orta məktəblərin sayı azalıb. Elm və Təhsil Naz
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 19 yanvar tarixində ali t�
Xəbər verdiyimiz kimi, Çinin Tibet Muxtar Bölgəsində baş verən güclü z
Son məlumatlara görə, Çində geniş yayılan insan metapnevmovirusu (hMPV) Q
Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri həyata keçiri
ABŞ-nin mərkəzi bölgələrindən şərq sahilinə qədər uzanan çovğun 13
VÖEN-i ən asan və hansı sənədlərlə almaq olar?
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər
"Ukrayna" dairəsində turbo tipli dairənin təşkili layihəsi çər