Suyun qiymətinin dəyişməsi israfçılığın qarşısını alacaq Ekspert
Digərləri 06 Yan 2025 16:44:00 79 0
"Qiymət tənzimlənməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək. Tarif (qiymət) Şurasının müvafiq qərarları bunu deməyə əsas verir".
Bu xəbəri də oxu: Paytaxtda üç yeni parklanma məntəqələri yaradılıb
Bunu su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti ilə bağlı Tarif (qiymət) Şurasının müvafiq qərarından danışan iqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, bu məsələdə söhbət əslində, qoşulmaların qiymətinin tənzimlənməsindən gedir. Belə ki, sözügedən sahədə indiyədək vahid tarif yox idi. Təbii ki, bu da sui-istifadə hallarına yol açırdı. İndi isə Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə vahid tarif müəyyənləşdirilib. Başqa sözlə, kim su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulursa, müvafiq qoşulma qiymətlərindən istifadə edir. Qeyd edildiyi kimi, bu da sui-istifadə hallarını aradan qaldırır.
Beləliklə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq Tarif (qiymət) Şurasının iclasında su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Bununla da müvafiq sahədə dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilməsinin qarşısı alınıb.
Samir Heydərov bildirir ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiqlənən tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiqi gerçəkləşdirilib. Belə ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyənləşdirilib.
Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiqlənib. Bundan başqa, sutka ərzində tələb edilən buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrindən asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyənləşdirilib. Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Ekspert bildirir ki, bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Macarıstanın Prezidenti Tamaş Şuyok Prezident İlham Əliyevə başsağlığ
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Hen
"Son günlər dostlarına deyib ki, pisəm, yaxşı deyiləm. Təzyiqi çox
Məşhur insayder Majin Bu iPhone 17 Pro modelinin yeni dizaynını əks etdirə
Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı m�
Ötən gün vəfat edən aktyor Azər Baxşəliyevin səs yazısı yayılıb.
Yeni il ilə əlaqədar qeyri-iş günlərində (30 dekabr- 5 yanvar tarixləri
Müğənni Təranə Qumralın səhhətində problem yaranıb.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçıl
Son günlərdə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən vətən
Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Or
Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçiv
Əməkdar artist Gülbahar Şükürovanın ölümündən bir il ötüb.
34 girovun adlarının siyahısı iyul ayında İsrail tərəfindən vasitəçil