Yeni ili məşhur müğənnilərlə Qarabağda qeyd etmək neçəyə başa gələcək?
Digərləri 30 Noy 2024 15:42:00 101 0
Yeni ilə sayılı günlər qalıb. Bayramla əlaqədar bir neçə gün qeyri-iş günü olacaq. Bu baxımdan bayramı qeyd etmək üçün fürsətdən istifadə edənlər də az olmayacaq. Adətən bayram ərəfəsində Azərbaycan vətəndaşları Yeni ili harada və hansı qiymətə qarşılamaq barədə düşünürlər. Yeni ili qarşılamaq üçün bölgələrə üz tutanlar az deyil. Bundan başqa işğaldan azad edilmiş torpaqlarda da Yeni ili qarşılamaq istəyənlər var.
Bu xəbəri də oxu: Xankəndidə bir dəqiqəlik sükut… – FOTO
Bəs görəsən, Qarabağda yeni ili qarşılamaq insanlara neçəyə başa gələcək?
Son.az xəbər verir ki, moderator.az bu mövzunu araşdırıb. Məlum olub ki, Qarabağdakı hotellərin bir çoxunda bayram tədbirləri nəzərdə tutulub.
Şuşada fəaliyyət göstərən "Xarıbülbül" hotelində Yeni il bayramı günü proqram təşkil olunacaq:
"Bizdə otaqlar standart olaraq iki nəfər üçün nəzərdə tutulub, amma belə otaq bir nəfər də qala bilər. Bir nəfər üçün səhər yeməyi daxil olmaqla belə otaqda gecələmək 200 manatdır. İki nəfər üçün isə artıq 240 manat təşkil edir. Söhbət bir gündən gedir. Hoteldə hələlik başqa xidmətlər yoxdur. Gündə 3 dəfə qidalanmaq üçün restoran var. Günorta və axşam yeməyi əlavə xərcdir. Yeni ildə də qiymətlər stabil olacaq. Hələ bir dəyişiklik yoxdur. Yeni il şənliyi təşkil olunacaq. Bu proqramdan asılı olaraq qiymətlərdə cüzi dəyişikliklərin olacağı istisna edilmir", - deyə hoteldən bildirilib.
Şuşada fəaliyyət göstərən eyniadlı hoteldə yeni ili qeyd etmək istəyən iki nəfər iki gecə və üç gün üçün 1900 manatından keçməlidir:
"İki gün fərqli konsertlər olacaq. Xalq artisti Mənsum İbrahimov, müğənnilər Ayaz Qasımov, Nigar Paşayeva, Turan Səfərli, Kəmalə Əliyeva səhnədə çıxış edəcəklər. Tədbirdə DJ Gugu, aparıcısı isə Kamran Yaradanquliyevdir. Yeni il tədbirini "Canaz" və "Baku events" qrupları təşkil edib. Portal məsələsini də hotelin əməkdaşları həll edəcəklər", - deyə məlumatda bildirilib.
Xalq artisti Mənsum İbrahimov da bayram gecəsini "Şuşa" hotelində qarşılayacaq:
"Biz 30 il idi ki, bu günləri gözləyirdik. Şükür bu günümüzə ki, artıq biz Qarabağda böyük tədbirlər edirik. İnşallah bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını mədəniyyət paytaxtımız Şuşada qeyd edəcəyik. Mən öz "Qarabağ" muğam qrupumla ifalar edəcəyəm. Bütün arzu edənlər dəvətlidirlər", - deyə o bildirib.
Xankəndində fəaliyyət göstərən "Palace" hotelində qiymətlər 190 manatdan başlayır.
"Palace" hotelində bizim otaqlarımızın qiyməti 190 manatdır. Bu iki nəfər üçün nəzərdə tutulub. Yeni ildə canlı musiqi olacaq. Xankəndidə qaz olmadığı üçün hovuzlar işləmir. Qaz olandan sonra hovuz xidməti də bu qiymətə daxil olacaq", - deyə hoteldən bildirilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam M�
Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə mübahisəsindən sonra ba�
Fosilləşmiş ayaq izlərinin kəşfi iki qədim insan növünün yollarının
Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub.
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı s
Yoqa ümumiyyətlə bədən və zehin sağlamlığını yaxşılaşdırmaq üç�
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırlanan son infrast
Xoşbəxtlik tədqiqatçısı Kessi Holms düşünür ki, bir çoxumuz həftə s
Nəsimi rayonu ərazisində oğurluq və dələduzluqda şübhəli bilinən şə
"Son aylarda Azərbaycanda keçirilən valyuta hərraclarında dollara təl
Noyabrın 29-da Bakıdakı şadlıq saraylarından birində keçirilən toy mər
Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərəd�
Böyük Britaniyanın "EuroMillions" oyunçusu üçüncü ən böyük
Bu bürcün nümayəndələri üçün gün xüsusilə uğurlu ola bilər. Günü