Prezident Ərdoğan: “Şara ilə hər mövzuda həmfikirik”


Digərləri 04 Fev 2025 23:53:00 94 0

Prezident Ərdoğan: “Şara ilə hər mövzuda həmfikirik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə ikitərəfli görüşdən və heyətlərarası işçi naharından sonra keçirilən birgə mətbuat konfransında çıxış edib. O, "Suriya xalqının nələrə qadir olduğunu gələcəkdə qürurla görəcəyik" deyə qeyd edib.

Prezident Ərdoğan, Suriya Prezidenti Şaranı Ankarada qəbul etməkdən böyük məmnuniyyət duyduğunu ifadə edərək belə deyib: "Suriya xalqı 13,5 il ərzində hər cür zülmə məruz qaldı. Kimyəvi silah istifadəsi daxil olmaqla, hər cür qeyri-insani qətliamlarla üzləşdi. Təəssüf ki, təxminən 1 milyon suriyalı qardaşımız keçmiş rejimin və terror təşkilatlarının hücumları nəticəsində şəhid oldu. Milyonlarla qardaşımız isə evlərini, yurdlarını, doğulduqları torpaqları tərk etmək məcburiyyətində qaldı. Amma bütün bunlara baxmayaraq, Suriyanın igid övladları zalım rejimə və onun dəstəkçilərinə qarşı mübarizədən heç vaxt vaz keçmədilər. Nəhayət, 8 dekabr etibarilə qələbə Suriya xalqının oldu. Əvvəlcə əziz qardaşım Əhməd Şaranı və onun timsalında bütün Suriya xalqını mübarizələri və qələbələrindən dolayı bir daha təbrik edirəm. Bu fürsətlə Suriyanın azadlıq mübarizəsində şəhid olan bütün qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm."

"Bu səfəri daimi dostluq dövrünün başlanğıcı kimi görürəm"

Prezident Ərdoğan, 13 illik qan və göz yaşından sonra yalnız Suriyada deyil, bütün bölgədə yeni bir səhifənin açıldığını bildirərək belə deyib: "Suriya xalqı artıq öz gələcəyini müəyyən etmək üçün zəruri iradəyə sahibdir. Türkiyə olaraq necə ki, ən ümidsiz və çətin günlərində suriyalı qardaşlarımızı tək qoymadıq, yeni dövrdə də onlara lazım olan dəstəyi verəcəyik. Bunu dəyərli qardaşıma və heyətinə də çox açıq şəkildə ifadə etdim. Bu gün tarixi əhəmiyyət daşıyan səfəri ölkələrimiz arasında daimi dostluq və əməkdaşlıq dövrünün başlanğıcı kimi görürəm. Münasibətlərimizi yenidən strateji səviyyəyə qaldırmaq üçün bütün qurum və təşkilatlarımız son iki aydır gərgin fəaliyyət göstərir. Məlum olduğu kimi, yeni hökumətin xarici işlər nazirini də 15 yanvarda qəbul etmişdim. Qarşıdakı dövrdə qarşılıqlı səfər və təmaslarımızın, inşallah, daha da intensivləşəcəyinə inanıram."

Restoranların "sevgililər günü"nə olan QİYMƏTLƏRİ like
  • 04 Fev 23:47  
Digərləri Restoranların "sevgililər günü"nə olan QİYMƏTLƏRİ

14 fevral, "Sevgililər Günü"nə demək olar ki, az müddət qalıb.

arrow Ətraflı
Min dərdə dəva, sehirli içki: like
  • 04 Fev 23:37  
Digərləri Min dərdə dəva, sehirli içki:

Şalgam suyu, xüsusilə Türkiyədə məşhur olan və əsasən qara turp, kök

arrow Ətraflı
Urmiya şəhərinə yeni başçı təyin edildi like
  • 04 Fev 23:28  
Digərləri Urmiya şəhərinə yeni başçı təyin edildi

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinə yeni başçı təyi

arrow Ətraflı
Dörd bürc üçün çətin dövr geridə qaldı  şans qapıdadır like
  • 04 Fev 23:12  
Digərləri Dörd bürc üçün çətin dövr geridə qaldı şans qapıdadır

Bu həftə ulduzlar ürcün bəzi əlamətləri üçün əlverişlidir, onlara u

arrow Ətraflı
Ölkənin "vəziyyətinə baxan" avtoritet turistləri döydü like
  • 04 Fev 23:01  
Digərləri Ölkənin "vəziyyətinə baxan" avtoritet turistləri döydü

Başqırdıstanda iş adamı Stanislav Kulikov turistləri döyüb.

arrow Ətraflı
Qırmızı xalçada dəb yarışı  Məşhurların "Grammy" tərzi  FOTOlar like
  • 04 Fev 22:50  
Şou-biznes Qırmızı xalçada dəb yarışı Məşhurların "Grammy" tərzi FOTOlar

Dünən axşam keçirilən 67-ci Grammy Mükafatları mərasimində yalnız qali

arrow Ətraflı
Bakıda bir suala görə adam öldürdülər like
  • 04 Fev 22:31  
Kriminal Bakıda bir suala görə adam öldürdülər

2023-cü il avqustun 6-da Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü D

arrow Ətraflı
Rövşən Mehdiyev həbsdə qaldı like
  • 04 Fev 22:10  
Kriminal Rövşən Mehdiyev həbsdə qaldı

"Union Logistika" yükdaşıma şirkətinin ötən həftə əvvəl h�

arrow Ətraflı
İsveçdə təhsil mərkəzində atışma  10 nəfər ölüb like
  • 04 Fev 22:01  
Dünya İsveçdə təhsil mərkəzində atışma 10 nəfər ölüb

İsveçin Orebro şəhərində yerləşən böyüklər üçün təhsil mərkəzi

arrow Ətraflı
53 yaşlı aktyor ilk dəfə ata oldu  FOTOlar like
  • 04 Fev 22:00  
Şou-biznes 53 yaşlı aktyor ilk dəfə ata oldu FOTOlar

Məşhur türk aktyoru İlker Aksum ata olub.

arrow Ətraflı
Təyyarə Rusiyanın "PantsirS" raketi ilə vurulub like
  • 04 Fev 21:59  
Digərləri Təyyarə Rusiyanın "PantsirS" raketi ilə vurulub

Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" rake

arrow Ətraflı
Bakıda metro yaxınlığında şübhəli çanta aşkarlandı like
  • 04 Fev 21:50  
Digərləri Bakıda metro yaxınlığında şübhəli çanta aşkarlandı

Bakı şəhəri, Xətai rayonu, "Əhmədli" metrostansiyasının yaxı

arrow Ətraflı
"5 gündür yerimdən qalxa bilmirəm"  FOTO like
  • 04 Fev 21:35  
Şou-biznes "5 gündür yerimdən qalxa bilmirəm" FOTO

Müğənni Xatirə İslam virusa yoluxub. 

arrow Ətraflı
Rusiyanın yalanı üzə çıxdı  8 dəqiqə sonra olubmuş like
  • 04 Fev 21:29  
Digərləri Rusiyanın yalanı üzə çıxdı 8 dəqiqə sonra olubmuş

Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus &

arrow Ətraflı
AZALın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb like
  • 04 Fev 21:20  
Digərləri AZALın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb.

arrow Ətraflı