Öldü bilinən kişi dirildi Az qala
Dünya 28 Noy 2024 14:27:00 64 0
Hindistanın Rajasthan əyalətində baş verən hadisə insanları heyrətə salıb.
Bu xəbəri də oxu: Süni intellekt “Prius”a polisdən “qaçmağa” kömək etdi
Son.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı Rohitash Kumar, epilepsiya tutmasından sonra xəstəxanaya aparılıb və orada həkimlər onun ürəyinin dayandığını təsdiqləyərək öldüyünü elan ediblər.
Meyiti ənənəvi Hindu qaydalarına uyğun olaraq yandırılmaq üçün hazırlanıb.
Yandırılma mərasimi başlamazdan əvvəl, şahidlər Rohitash Kumarın hərəkət etdiyini və yaşadığını aşkar ediblər. Bu hadisə mərasimdə iştirak edənləri şoka salıb. Şahidlərdən biri bu anı belə təsvir edib: "Tamamilə möcüzə idi. Hamımız şok içində idik. Ölü elan edilmişdi, amma nəfəs alırdı və sağ idi".
Rohitash dərhal tibbi müdaxilə üçün xəstəxanaya aparılıb. Lakin möcüzəvi qurtuluş qısa müddətli olub. O, xəstəxanaya gedən zaman yolda həyatını itirib.
Bu hadisə, həm səhiyyə sistemindəki çatışmazlıqları, həm də insan bədəninin möcüzəvi təbiətini bir daha gündəmə gətirib.
Hadisədən sonra məsuliyyətsizliyə görə həmin həkimlər işdən çıxarılıb.
Fidan Son.az
Ermənistan hökuməti dövlət himninə dəyişiklik layihəsini təsdiqləyib.
Prezident İlham Əliyev "Kredit büroları haqqında" Azərbaycan Res
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Prezident Aparatın
Bayden, Qəzzada atəşkəsin əldə edilməsinə baxmayaraq, İsrailin 680 mily
Özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə 100 mi
"Bəsti Hacıyevanın əməliyyatdan sağ çıxması sevindirici xəbərdir
Əgər dahi proqramçı axtarırsınızsa, bu bürclər altında doğulanlara di
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
28 noyabr 2024-cü il tarixində Polşanın Azərbaycandakı müvəqqəti işlə
"Nissan" iflasın astanasında: 12-14 ay vaxt qalır
Kolumbiyada it doqquzuncu mərtəbədən yıxılıb, sağ qalıb və heç bir x�