"Nissan"ın 1 il ömrü qalıb Böhranla üzüzədir FOTO
Digərləri 28 Noy 2024 11:28:00 67 0
"Nissan" iflasın astanasında: 12-14 ay vaxt qalır
Bu xəbəri də oxu: Tovuzda ağır qəza 6 nəfər öldü
Dünyanın avtomobil sənayesində tanınmış şirkətlərdən biri olan "Nissan" ciddi maliyyə problemləri ilə üzləşib. Şirkətin yüksək vəzifəli rəhbərləri tərəfindən verilən məlumata görə, Nissan yaxın 12-14 ay ərzində yeni bir investor tapa bilməsə, iflas təhlükəsi ilə üz-üzə qalacaq.
Son.az xəbər verir ki, 2010-cu ildən sonra dözümlülüklə bağlı etibarını itirən "Nissan" iflasın astanasındadır.
"Nissan" niyə bəyənilmir? Çin avtomobilləri nəhəng yapon brendini "vurdu" - Kütləvi ixtisarlar başladı Bakıya gətirilən "Note"larda daha bir problem üzə çıxdı - VİDEO"Nissan" avtomobil satışlarındakı kəskin azalma səbəbindən qısa müddət ərzində 9 min işçisini ixtisara salmağı və istehsal gücünü 20% azaltmağı planlaşdırır. Bundan əlavə, şirkət "Mitsubishi"dəki hissələrini satmağı və yeni model buraxılışlarını təxirə salmağı nəzərdən keçirir. Bu tədbirlərin şirkətin uzunmüddətli gələcəyi üçün yetərli olmayacağı ehtimal edilir.
"Nissan"ın adlarının açıqlanmasını istəmədikləri vəzifəli şəxsləri "Financial Times"a açıqlama verərək bildiriblər ki, şirkətin böhrandan xilas olması üçün əsas amil yeni investor tapmaqdır. Əks halda, "Nissan" qlobal iqtisadi böhranın təsiri ilə iflas edən növbəti iri marka ola bilər.
Bəxtiyar Umarlı Son.az
Kolumbiyada it doqquzuncu mərtəbədən yıxılıb, sağ qalıb və heç bir x�
Antalyada baş verən cinayət hadisəsi insanları dəhşətə gətirib.
"Instagram" istifadəçilərə yeni faydalı funksiyalar təqdim edir.
Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərdən bəzilərinin foto
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yo
Türkiyənin Radio və Televiziya Ali Şurası ( RTÜK ) ölkə başçısı Rəc
Seçkilərdə iştirak edən insanlar müxtəlif namizədlər arasında seçim e
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi pro
Günəşdə alışmalar hesabına noyabrın 28-29-da Yerdə geomaqnit qasırğas
Bu gün Cəlilabad rayonunda 24 yaşayış məntəqəsinin qaz təchizatının
COP29 tədbiri çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizl
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.