Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib FOTO


Siyasət 28 Noy 2024 14:01:00 109 0

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.

Son.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.

Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.

Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.

Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Məlumat verildi ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.

Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Ermənistan bu ölkədə like
  • 28 Noy 13:28  
Dünya Ermənistan bu ölkədə

 Ermənistan hökuməti Macarıstanda səfirlik açmaq qərarına gəlib.

arrow Ətraflı
Pezeşkianın oğluna yüksək vəzifə verildi like
  • 28 Noy 12:52  
Dünya Pezeşkianın oğluna yüksək vəzifə verildi

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Prezident Aparatın

arrow Ətraflı
Bayden İsrailə 680 milyonluq silah satışını təsdiqlədi like
  • 28 Noy 12:45  
Dünya Bayden İsrailə 680 milyonluq silah satışını təsdiqlədi

Bayden, Qəzzada atəşkəsin əldə edilməsinə baxmayaraq, İsrailin 680 mily

arrow Ətraflı
100 min ailəyə şad xəbər: like
  • 28 Noy 12:37  
Digərləri 100 min ailəyə şad xəbər:

Özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə 100 mi

arrow Ətraflı
Qənirə Ataşova: “Məni ələ verməyin” like
  • 28 Noy 12:29  
Şou-biznes Qənirə Ataşova: “Məni ələ verməyin”

"Bəsti Hacıyevanın əməliyyatdan sağ çıxması sevindirici xəbərdir

arrow Ətraflı
FHN əhaliyə like
  • 28 Noy 12:26  
Digərləri FHN əhaliyə

Havaların soyuması məişətdə dəm qazı təhlükəsini daha da artırır. B

arrow Ətraflı
Bu BÜRCLƏRİN adamları DAHİ olurlar like
  • 28 Noy 12:18  
Digərləri Bu BÜRCLƏRİN adamları DAHİ olurlar

Əgər dahi proqramçı axtarırsınızsa, bu bürclər altında doğulanlara di

arrow Ətraflı
İş və istirahət günlərinin yerləri dəyişdirildi like
  • 28 Noy 12:07  
Digərləri İş və istirahət günlərinin yerləri dəyişdirildi

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 28 Noy 12:03  
Digərləri Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ

arrow Ətraflı
Mixal Qreçilo XİNə çağırıldı like
  • 28 Noy 11:58  
Siyasət Mixal Qreçilo XİNə çağırıldı

28 noyabr 2024-cü il tarixində Polşanın Azərbaycandakı müvəqqəti işlə

arrow Ətraflı
"Nissan"ın 1 il ömrü qalıb  Böhranla üzüzədir  FOTO like
  • 28 Noy 11:28  
Digərləri "Nissan"ın 1 il ömrü qalıb Böhranla üzüzədir FOTO

"Nissan" iflasın astanasında: 12-14 ay vaxt qalır

arrow Ətraflı
9cu mərtəbədən yıxılan it sağ qaldı like
  • 28 Noy 11:20  
Digərləri 9cu mərtəbədən yıxılan it sağ qaldı

Kolumbiyada it doqquzuncu mərtəbədən yıxılıb, sağ qalıb və heç bir x�

arrow Ətraflı
6 uşaq anası olan arvadını ÖLDÜRDÜ: like
  • 28 Noy 11:10  
Kriminal 6 uşaq anası olan arvadını ÖLDÜRDÜ:

Antalyada baş verən cinayət hadisəsi insanları dəhşətə gətirib.

arrow Ətraflı
"Instagram"dan yeni funksiya like
  • 28 Noy 11:00  
Digərləri "Instagram"dan yeni funksiya

"Instagram" istifadəçilərə yeni faydalı funksiyalar təqdim edir.

arrow Ətraflı
Dünənki ağır qəzada ölən hərbçilərin like
  • 28 Noy 10:58  
Digərləri Dünənki ağır qəzada ölən hərbçilərin

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərdən bəzilərinin foto

arrow Ətraflı