COP29da Azərbaycanın turizm imkanları milli stendlə nümayiş etdirilir FOTO
Digərləri 11 Noy 2024 16:36:00 120 0
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm üzrə ölkəmizin dayanıqlılıq təcrübələri "Yaşıl Zona"da yerləşən destinasiya stendində təqdim olunur.
Bu xəbəri də oxu: Şirvanda gənc qızı döyüb saçını yolan ana və qızı həbs edildi
Bu barədə Son.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, 200 kvadrat metrlik sahədə yerləşən stenddə xarici qonaqlara və media nümayəndələrinə Azərbaycanın turizm potensialı haqqında məlumatlar təqdim olunur, Azərbaycanın turizm imkanlarını əks etdirən interaktiv xəritə və ölkə ilə bağlı promo videolar nümayiş etdirilir.
Stenddə Azərbaycanın milli mətbəxi, çay dəstgahı mədəniyyəti, milli şirniyyatlar, yerli şərablar, o cümlədən yerli biomüxtəlifliyin qorunması prinsipinə əsaslanan "Slow food travel" konsepsiyası barədə təqdimat və dequstasiyalar keçirilir.
Ziyarətçilərə, həmçinin xalçaçılıq, corab toxuma, yun əyirmə, keramika üzərində rəsmlər, təkəlduz və misgərlik kimi sənətlər üzrə əl işləri nümayiş etdirilir.
Azərbaycanın görməli yerlərinə virtual səyahət üçün nəzərdə tutulan VR (virtual reallıq) hissəsində qonaqlara Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan Sarayı, Göygöl və digər tarixi və mədəni məkanlara canlı şəkildə səyahət etmək imkanı yaradılır.
Təqdimat zonasında 10 gün ərzində ziyarətçilər üçün hər gün dağ yürüşü, quş müşahidəçiliyi kimi ekoturizm məhsulları, təbiət turizmi potensialı, işgüzar tədbirlər üzrə imkanlar, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən maddi mədəni irs nümunələr və Azərbaycan turizminin təbliğinə həsr olunmuş müxtəlif təqdimatlar təşkil olunacaq.
Qeyd edək ki, COP29 çərçivəsində 20 noyabr tarixində COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə COP tarixində ilk dəfə olaraq daxil edilmiş "Turizm Sahəsində Təkmilləşdirilmiş İqlim Fəaliyyəti məqsədilə Qlobal Əməkdaşlıq" Təşəbbüsünün icrası məqsədilə Turizm Nazirlərinin Yüksək Səviyyəli Görüşü, turizmin iqlim dəyişikliyində yeri üzrə bir sıra panel müzakirələr və əlavə tədbirlər keçiriləcək.
COP29 çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən Abşeron və Altıağac Milli Parklarında turistlərə xidmət keyfiyyətinin artırılması üçün istiqamətləndirici işarələr və məlumatlandırıcı lövhələr quraşdırılıb, həmçinin parklarda turist xidmətlərinin təkmilləşdirilməsi istiqamətində yüngül infrastruktur yerləşdirilib.
Həmçinin COP29 tədbiri çərçivəsində şəhərimizi səyahət edən ziyarətçilərə tədbirlər və ölkəmizin turizm imkanları haqqında məlumatın verilməsi məqsədilə Bakı şəhəri üzrə xüsusi ayrılmış nəqliyyat qovşaqları üzərində 5 ədəd mobil turizm informasiya mərkəzi quraşdırılıb. Ümumilikdə sayları 8-ə çatan turizm informasiya mərkəzləri (Nizami küçəsində "Nərgiz" TM-nin arxası, Dənizkənarı Milli Parkda "Park Bulvar" TM-nin arxası, Albert Aqarunov küçəsi, "Koroğlu" metro stansiyası (Bakı Stadionu tərəfinə çıxış), Heydər Əliyev Sarayı, "Port Baku" TM-nin çıxışı, "Sea Breeze Resort" kompleksi, hava limanında Terminal 2) tədbir müddətində hər gün saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, bir çox alışqanlığ�
Biz iqlim dəyişikliklərinin təsirlərini yüngülləşdirməyə yönəlmiş
Muğam ifaçısı Kamilə Nəbiyeva "Bir gün" verilişinin qonağı o
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovaki
Müğənni İradə İbrahimova tənqid olunan sosial formatda verilişlərin yay
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari BMT-nin İqlim Də
Xuliqanlıqda ittiham olunan milyonçu Oleq Krapivin ("Oleq Bakinski"
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərç
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzr
Serbiya Prezidenti Aleksandar Vuçiç və Amerika Birləşmiş Ştatlarının ye
Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölk
Son.az Trend-ə istinadən bildirir ki, COP29 çərçivəsində "Fəaliyy
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Rusiyanın avtomobil markası "Lada" daha çox qadınlar arasında pop