COP29 cəmiyyətin bütün nümayəndələri arasında ittifaqlar yaratmaq üçün məkandır Məhəmməd Usrof
Digərləri 11 Noy 2024 13:57:00 120 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: Azərbaycanlı nüvə mütəxəssisləri hazırlanır
Budəfəki müsahibimiz - Fələstin Gənclərinin İqlim Danışıqları Qrupunun rəhbəri Məhəmməd Usrofdur.
Son.az xəbər verir ki, Məhəmməd Usrof Trend-ə açıqlamasında bildirib ki, COP29 cəmiyyətin bütün nümayəndələri arasında ittifaqın yaradıldığı məkandır.
"Söhbət Cənub və Şimalla, gənclərlə, yerli xalqlarla, həssas icmalardan olan müxtəlif mənşəli insanlarla və s. ilə ittifaqlar qurmaqdan gedir. Bu, onları təmsil etmək və ədaləti yerinə yetirmək üçün bir məkandır. İnsan hüquqları olmadan ədalət ola bilməz, insan hüquqları olmadan iqlim ədaləti ola bilməz", - o bildirib.
Usrof qeyd edib ki, cəmiyyət insan hüquqlarının özünün konsepsiyasını və məsələsini müzakirə edib, aydınlaşdırmağa ehtiyac duyur.
"Düşünürəm ki, biz elə bir dünyada yaşayırıq ki, bir insanın səhvi milyonlarla insana real zərər verə bilər. Və eyni zamanda, danışıqların bir mövzusu bir çox insana fayda verə bilər. Ona görə də bu danışıqlarda maraqlı olanlar çoxdur", - o əlavə edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
İqlim vəziyyətini anlamaq üçün vacib daxili bacarıqları, qabiliyyətlər
Noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişm
COP29-da canlanmış atmosfer hökm sürür.
İSESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik COP29 sərgisində A
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie n
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BM
Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasının pre
Ermənistanın COP29-da iştirakı ilə bağlı məsələsi Ermənistan və Az�
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının P
İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənl
COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq.
Texnologiyanın tətbiqi proqramını həyata keçirmək lazımdır.
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyi
Noyabrın 13-də İqtisadiyyat Nazirliyi "Əməkdaşlığın gücü: Xalis
"COP29 iqlim dəyişikliyi reallıqlarına cavab tapmaq baxımından çox v