İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənlərin məsuliyyətidir
Digərləri 11 Noy 2024 12:59:00 115 0
İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənlərin məsuliyyətidir.
Bu xəbəri də oxu: Bu "kruqa" girməyin
Trend xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) çərçivəsində "Mədəni irsin qorunması və istifadəsi: Şanksinin (Shanxi) keçidini açmaq üçün açar" adlı mətbuat konfransında çıxış edən "Asiya xalqlarının borc və inkişaf hərəkatı" nümayəndəsi Kleyr Miranda deyib.
O qeyd edib ki, iqlim maliyyəsi qlobal Şimalın qlobal Cənuba borclu olduğu böyük iqlim borcuna görə ödəniş və hazırlıq formasıdır.
"Və ödəniş olaraq, o, kredit şəklində deyil, qrant şəklində ictimai olmalıdır. Əgər onu geri ödəməyimiz gözlənilirsə və ya ödəyici bundan mənfəət əldə edirsə, bu ödəniş deyil.
Ədalət çağırışımız onların tələblərimizi yüksək və aydın şəkildə eşitmələrini təmin edəcək. Onların bizimlə üz-üzə gəlməkdən başqa çarələri qalmayacaq", - deyə o bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq.
Texnologiyanın tətbiqi proqramını həyata keçirmək lazımdır.
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyi
Noyabrın 13-də İqtisadiyyat Nazirliyi "Əməkdaşlığın gücü: Xalis
"COP29 iqlim dəyişikliyi reallıqlarına cavab tapmaq baxımından çox v
Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inki
Dünya icması iqlim təşəbbüslərinə yetərincə investisiya qoymur.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru
Gənclərin iqlim məsələləri ilə bağlı qərarların qəbulu prosesinə da
Türkiyədə 22 yaşlı tələbənin meyiti qaldığı yataqxananın bağında
30:30:30 pəhriz üsulunun ideyası ilk dəfə Tim Ferriss tərəfindən "T
İqlim dəyişmələrinin qarşısının alınması səylərini sürətləndirm�
"Bakı gecələri" adlı böyük konsert Sizi gözləyir. Xalq artistl
Keniyanın Baş naziri Musalia Mudavadi noyabrın 11-də BMT-nin İqlim Dəyişm
Azərbaycan, doğrudan da, "yaşıl enerji koridorları" mövzusunda �