Günün qoroskopu: aktiv fəaliyyət üçün əlverişli zamandır.
Digərləri 10 Noy 2024 00:01:00 109 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: Nazirdən pensiyalarla bağlı müjdə:
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - fəaliyyət sahəsində anlaşılmazlıqlar və çətinliklər ola bilər. Planlaşdırılmış görüşü təxirə salmalı olacaqsınız. Bəzi işləri ertələyin. Sakit və təmkinli davransanız, qarşılaşdığınız çətinlikləri dəf edəcəksiniz. Günün ikinci yarısıda yeni müttəfiqlərlə çalışa bilrsiniz. Onların sayəsində çoxdankı rəqiblərin öhdəsindən gələ bilərsiniz. Toplantılara, insanların gur olduğu yerlərə yollanmaq üçün əlverişli zaman deyil. Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin. Həzm sistemində problemlər yarana bilər. Kulinar eksperimentlərdən imtina edin. Buğa - aktiv fəaliyyət üçün əlverişli zamandır. Yorucu, mürəkkəb, xüsusi bacarıq və bilik tələb edən məsələlərdən qaçmayın. Əsas nüansa diqqət yetirərək ikinci dərəcəli məqamları arxa plana keçirin. Mühüm problemin həlli ilə məşğul olarkən kiçik işləri yardımçı və ya şəriklərinizə həvalə edin. Günün ikinci yarısında özünüzü ifrat dərəcədə yormayın. Yorğunluq diqqətsizliyə və səhvlərə səbəb olur. Əkizlər - yaxınlarınızla dil tapmaqda çətinlik çəkəcəksiniz. Adi günlərdən fərqli olaraq onlar daha müfəssəl və geniş izahat tələb edirlər. Travma riskli gündür. Sükan arxasında diqqətli olun, iti alətlər və alovla ehtiyatlı davranın. Problemlər az deyil. Heç gözləmədiyiniz müstəvi və sahələrdə çətinliklərlə qarşılaşacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları və münaqişələr mümkündür. Həmkarlarla mübahisə etməyin. Maliyyə məsələlərinə görə ixtilaflar yaratmayın. İş yerindəki müəyyən diskomforta rəğmən uğurlarınız ətrafınızdakı insanlarda paxıllıq hissi yaradacaq. Xərçəng - alış-veriş üçün münasib gün deyil. Qənaətli davranın, amma simiclik etməyin. Yaşlı qohumlarınız sizə mənəvi dəstək və yaxşı məsləhətlər verəcəklər. Vaxtınızı mənasız işlərə sərf etməyin. Maraqlı və məhsuldar gündür. Yaranan imkanlardan yararlanın. Önəmli işləri ertəmələyin, problemlərin çözümünü təxirə salmayın. Axşam saatlarına yaxın yeni işə başlayın. Tərəfdaşlarla səyləri birləşdirmək gərəkdir. Görüləcək işlərin miqyası sizi narahat etməsin. Hətta ən mürəkkəb layihələri vaxtında başa vuracaqsınız. Şir - fəaliyyət sahənizdə ciddi irəliləyişə nail olmaq üçün aktiv işləyin. Uğurlarınızdan dostlarınızla bahəm, bədxahlar da xəbər tutacaqlar. Onlar sizə zərbə vurmaq istəyəcəklər. Lakin müsbət təmayüllərin təsiri güclü olduğundan işlərinizə kimsə mane ola bilməyəcək. Günün ikinci yarısında yaxınlarınızla münasibətlər rəvan və harmonik olmalıdır. Romantika, macəra, sərgüzəşt arayırsınızsa, diqqətli davranın. Yaradıcılıq potensialınız yüksəkdir. Qız - günlə bağlı planlaşdırdığınız işlərin hamısının öhdəsindən gəlmək asan deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Tərəfdaş və ya şəriklərin yardımlarından yararlanaraq sədləri dəf edə bilərsiniz. Günün ikinci yarısında yeni tərəfdaşla tanış olacaqsınız. Əməkdaşlıq çox məhsuldar ola bilər. Maliyyə məsələlərində ehtiyatlı olun. Pullarınızı düşünülməmiş şəkildə sərf etməyin. Gərəksiz əşyalar almayın. Sevdiyiniz insanla axşam saatlarında ünsiyyətdə ehtiyatlı olun. Tərəzi - işgüzar danışıqlar aparmaq üçün münasib zamandır. Uzaqdan gəlmiş insanlarla təmaslarda sayıq olun. Kommersiya və ya bizneslə məşğulsunuzsa, fəaliyyət sahəsini genişləndirmək olar. Sərfəli anlaşma üçün müzakirələrə başlayın. Düşünülmüş planla yanaşı, sərmayəyə ehtiyacınız var. Günün ikinci yarısında işdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın. Ümumi ab-havanı yaxşılaşdırın. Axşam saatlarına yaxın şəxsi münasibətlərdə problemlər yarana bilər. Adi günlərlə müqayisədə yaxınlarınızla təmaslarda çətinliklər olacaq. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin. Əqrəb - dəyərli və aktual informasiya alacaqsınız. Məlumatdan işlərinizdə irəliləmək üçün maksimum dərəcədə sürətlə istifadə etməyə can atın. Zaman indi bədxahlarınızın xeyrinə işləyir. Fürsəti fövtə verməyin. Günün ikinci yarısında yeni işlərə başlamaq, əməkdaşlıqla bağlı danışıqlara start vermək olar. Perspektiv saydığınız layihəyə sərmayə yatırın. Axşam saatları xoş sürprizlər vəd edir. Arzunuzu, niyyətinizi gerçəkləşdirə bilərsiniz. İntuisiyanıza güvənin: o, sizi ən çətin məqamda xilas edəcək. Oxatan - kiçik problemlər, anlaşılmazlıqlar, ləngimələr səbrinizi tarıma çəkə bilər. İşdə bəzi həmkarlarınızın davranışı sizə yolverilməz təsir bağışlayacaq. Yaşananlara münasibətinizi aşkar nümayiş etdirsəniz, münasibətlər sürətlə pisləşəcək. Əməkdaşlıq gərəkli nəticə vermir. Günün ikinci yarısında nüfuzlu şəxslə təmaslarda diqqətli olun. Sözlərinizə fikir verin. Maliyyə problemləri istisna deyil. Alış-verişi təxirə salın. Yaxınlarınızın dəstəyinizə və yardımınıza ehtiyacı var. Ümumi mənafe naminə bəzi maraqlarınızı unutmağı bacarın. Oğlaq - təfərrüatlara və detallara xüsusi diqqət tələb edən işə başlayıbsınızsa, sayıq olun. Təxribatlara uymayın. Etimada layiq olmayan insana inanmayın. Manipulyasiyalar qurbanına, başqasının əlində oyuncağa çevrilməyin. Maliyyə məsələlərində tələsik qərarlar verməyin. Günün ikinci yarısında məişət texnikası, kompüter, smartfon almağa dəyməz. Axşam saatlarında gəzintiyə çıxın. Romantik görüş üçün pis zaman deyil. Dolça - nəzərdə tutduğunuz işi reallaşdırmaq asan deyil. Hər şeyə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru inadla irəliləyin. Həlli ağır problemi təkbaşına çözmək məsləhət deyil. Yardım istəyə bilərsiniz. Xoşagəlməz xəbər alacaqsınız. Lakin bu informasiya sizi düşünülməmiş, emosional addımdan çəkindirəcək. Günün ikinci yarısında maliyyə məsələlərində problemlər yarana bilər. İtki riski var. Bəzi fikir ayrılıqlarına rəğmən yaxınlarınızla münasibətləri rəvan, harmonik edin. Balıqlar - şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Yaxınlarınızla təmaslarda diqqətli davranın. Sevdiyiniz insanların istəklərini anlamağa çalışın. Ev işləri və məişət qayğılarının çözülməsi üçün əlverişli zamandır. Günün ikinci yarısında kulinar eksperimentlər etmək olar. İşdə uğurlar o qədər də önəmli olmayacaq. Fəqət, ən kiçik irəliləyiş və ya nailiyyətiniz yaxın ətrafınızdakı bəzi insanların paxıllığına səbəb olacaq. Fəaliyyət göstərdiyiniz strukturda rəhbərliklə fikir ayrılığı istisna deyil. Münasibətləri korlamayın, ümumi məxrəcə nail olun. Son.az"Bu oğlanı hər dəfə gətirirsən. Bu, şərtddir ki, mən harda o da o
Bayram tətili ilə əlaqədar bölgələrdə günlük kirayə evlərə tələba
ABŞ Prezidenti Co Bayden və yeni seçilmiş dövlət başçısı Donald Tramp
Xaçmaz rayonun Yergüc kəndində piyadanın ölümü ilə nəticələnən yol-
Kasko sığortası olan avtomobilə 70-75 faiz zərər dəydikdə belə onun də
Türkiyəli tanınmış aparıcı Ece Erken keçmiş həyat yoldaşı Serkan Uç
Abşeron rayonu Xırdalan və Masazır qəsəbələrində səhər saatlarından
Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.
ABŞ-ın Nyu-York şəhərində məşhur "Times Square" meydanında 8
Sağlam qidalanma və nizamlı həyatla bağlı yeni araşdırma yeməklərdə v
Filippində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biri olan
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxça
Bazar ertəsi Bakıda iqlim məsələləri üzrə tərəflərin 29-cu konfransı
Şanslı insanlar üçün hadisələr çox vaxt müsbət istiqamətdə inkişaf