Müəllimlərə veriləcək güzəştli kartlarda nələr olacaq? DETALLAR
Digərləri 09 Noy 2024 21:17:00 115 0
"Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq".
Bu xəbəri də oxu: Qəzaya uğrayan təyyarə Qazaxıstanın hava məkanından kənarda zədələnib Kanat Bozumbayev
Son.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.
"Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq", - deyə Elnur Nəsibov bildirib.
Bəs təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında deyib:
"Hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır. Gələn ildən təhsil işçilərinə güzəştli kartların verilməsi, müəllimlərin və təhsil sahəsində çalışanların sosial rifahını yüksəltmək və onlara daha geniş imkanlar yaratmaq məqsədi daşıyan mühüm bir addımdır. Təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər. Bu təşəbbüs dövlətin təhsilə və müəllim peşəsinə göstərdiyi dəyərin əyani göstəricilərindən biridir.
İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Müəllimlərin böyük bir qismi gündəlik olaraq məktəblərə getmək üçün ictimai nəqliyyatdan istifadə edir və bu, həm maddi cəhətdən əlavə yük, həm də gündəlik olaraq qarşılaşılan fiziki yorğunluq yaradır. Ona görə də ictimai nəqliyyatda xüsusi endirimlərin və ya pulsuz keçidlərin təklif edilməsi müəllimlərin xərclərinin azaldılmasına kömək edə bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, intercity və şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə də əlavə imkanlar yarada bilər.
Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir. Təhsil işçiləri, xüsusilə də müəllimlər peşələri ilə bağlı stress, yorğunluq və digər sağlamlıq problemləri ilə üzləşir, zaman-zaman müxtəlif tibbi yardıma ehtiyac duyurlar. Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər. Tibbi xidmətlərə güzəştlərin təklif edilməsi həm də müəllimlərin sağlamlığını qorumağa və iş qabiliyyətlərini uzun müddət saxlamağa kömək edə bilər.
Ömrünün 18 ilini Vətənə xidmət edən igidlərimizdən biri də xüsusi t�
Xalq artisti Mələkxanım Eyubova müğənni kürəkəni Mərdan Kazımovla ba�
Azərbaycanda qadın insan alverində ittiham olunaraq barəsində axtarış ela
Xəzər dənizində naməlum varlıq görünüb.
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, ə
Mançesterdə (İngiltərə) ikimərtəbəli avtobusların toqquşması nəticə
Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransının proqramı konfra
Pop diva Madonna ABŞ-ın yeni siyasi kursu ilə bağlı emosiyalarını saxlaya
Məşhur "Evdə tək" filminin ulduzu Makoley Kalkin bir neçə ildən
"Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır. Bu, təhsilin ink