Təhsil eksperti: "Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır"


Digərləri 09 Noy 2024 18:19:00 117 0

Təhsil eksperti: "Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır"

"Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır. Bu, təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir".

Son.az modern.az-a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətinə birbaşa təsir edir.

"Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq, yüksək keyfiyyətli təhsilin təmin olunmasına kömək edir.

Bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində vergi yükünün azaldılması ilə yanaşı, müəllimlərə sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir".

K.Əsədovun sözlərinə görə, vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar.

"Vergi yükünün azaldılması müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar.

Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər. Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar".

Ekspert deyib ki, müəllimlərin əməkhaqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər.

"Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir".

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşı sonuncu dəfə 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Hazırda müəllimlərin aldığı maaşdan müxtəlif vergilər tutulur.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2 500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. "Sosial sığorta haqqında" Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqıdan 2% üzvlük haqqı tutulur.

Bundan başqa, müəllimlər işsizlikdən sığortaya görə 0,5%, icbari tibbi sığortaya görə 2% ödəniş də edirlər.

Beləliklə, müəllimlərin əmək haqqından aşağıdakı vergilər tutulur:

Gəlir vergisi - 14%;

Sosial sığorta - 3%;

Həmkarlar ittifaqı - 2%;

İşsizlikdən sığorta - 0,5%;

İcbari tibbi sığorta haqqı - 2%.

Bunları ümumilikdə hesabladıqda maaşdan 21,5 % tutulmalar olur.

Türkiyə ordusu Suriya və İraqda 13 terrorçunu məhv edib like
  • 09 Noy 18:10  
Dünya Türkiyə ordusu Suriya və İraqda 13 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda yeni əməliyyat keçirib.

arrow Ətraflı
Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı like
  • 09 Noy 18:06  
Siyasət Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar D�

arrow Ətraflı
Stres, yoxsa narahatlıq? like
  • 09 Noy 18:02  
Digərləri Stres, yoxsa narahatlıq?

Stres və narahatlıq gündəlik həyatın bir hissəsinə çevrilmiş vacib zeh

arrow Ətraflı
Saakaşvili sosial şəbəkə paylaşımı dünyanın diqqət mərkəzində like
  • 09 Noy 17:55  
Dünya Saakaşvili sosial şəbəkə paylaşımı dünyanın diqqət mərkəzində

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkə paylaşım

arrow Ətraflı
KİV: "ABŞ Ukraynaya ATACMS raketlərini verməkdən imtina etdi" like
  • 09 Noy 17:46  
Dünya KİV: "ABŞ Ukraynaya ATACMS raketlərini verməkdən imtina etdi"

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskiyə A

arrow Ətraflı
“Qremmi”də nominasiyaların sayına görə liderdir like
  • 09 Noy 17:38  
Şou-biznes “Qremmi”də nominasiyaların sayına görə liderdir

Amerikalı müğənni Beyonse "Qremmi" musiqi mükafatına nominasiyal

arrow Ətraflı
Bu ölkədə meymunlar genişmiqyaslı axtarışa verildi like
  • 09 Noy 17:27  
Dünya Bu ölkədə meymunlar genişmiqyaslı axtarışa verildi

ABŞ-da tibbi araşdırmaların aparıldığı laboratoriyadan 43 meymun qaçıb

arrow Ətraflı
"Bentley" elektrikli krossover buraxacaq like
  • 09 Noy 17:15  
Digərləri "Bentley" elektrikli krossover buraxacaq

Lüks avtomobil istehsalçısı olan Britaniyanın "Bentley" şirkəti

arrow Ətraflı
Müasir texnologiyaları bu çılpaq qadın icad edibmiş like
  • 09 Noy 17:00  
Digərləri Müasir texnologiyaları bu çılpaq qadın icad edibmiş

1933-cü ildə çəkilmiş "Ekstaz" adlı bir çex filmi tarixin ilk e

arrow Ətraflı
Uels Şahzadəsi xanımı ilə atasının xəstəliyindən ilk dəfə danışdı like
  • 09 Noy 16:52  
Dünya Uels Şahzadəsi xanımı ilə atasının xəstəliyindən ilk dəfə danışdı

Uels Şahzadəsi Vilyam ilk dəfə xərçəng xəstəliyindən əziyyət çəkə

arrow Ətraflı
Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir? like
  • 09 Noy 16:48  
Digərləri Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?

Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə

arrow Ətraflı
Azərbaycan XİN Pakistana başsağlığı verdi like
  • 09 Noy 16:40  
Siyasət Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol

arrow Ətraflı
Qeyrisağlam qidalanma vərdişləri 8 trilyon dollar ziyana səbəb olur like
  • 09 Noy 16:32  
Digərləri Qeyrisağlam qidalanma vərdişləri 8 trilyon dollar ziyana səbəb olur

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qeyri-sağlam qidala

arrow Ətraflı
Milli Məclisdən COP29a qarşı həyata keçirilən hibrid hücumla bağlı AÇIQLAMA like
  • 09 Noy 16:25  
Digərləri Milli Məclisdən COP29a qarşı həyata keçirilən hibrid hücumla bağlı AÇIQLAMA

2024-cü il noyabrın 8-də "Global Witness" adlı beynəlxalq QHT apa

arrow Ətraflı
COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu təhvil verilib like
  • 09 Noy 16:18  
Digərləri COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu təhvil verilib

COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu COP29 Azərbaycan Əməliyyat Şi

arrow Ətraflı