Botoks effekti verən
Digərləri 02 Noy 2024 05:05:00 134 0
Dəriyə qulluqda ən vacib məsələlərdən biri qocalma əlamətlərinin qarşısını almaqdır. Dəri yaşlandıqca ortaya çıxan qırışlar, incə xəttlər və tünd ləkələr bir çox insanın ümumi problemlərindəndir. Ancaq təbii yağlarla edilən baxımla dərini cavanlaşdırmaq və qocalma əlamətlərini azaltmaq mümkündür.
Bu xəbəri də oxu: Xərçəngdən qoruyan 5 qida
Təbii yağlar dəriyə qulluqda təsirli bir alternativdir, hətta botoksdan daha güclü nəticələr verə bilir.
Son.az publika.az-a istinadən botoks effekti verən təbii yağları təqdim edir:
Jojoba yağı: dərinin teksturasını yaxşılaşdırır və dəri baryerini gücləndirərək onu xarici amillərə qarşı daha davamlı edir.
Bundan əlavə, dərinin yağ balansını tənzimləyir, məsamələri açır və sızanaqların əmələ gəlməsinin qarşısını alır. Bu yağ həm də yaşlanma əlamətlərini azaldır.
Üzüm tumu yağı: antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəriyə bir çox faydalar təmin edir. Dərini yumşaldır, ona elastiklik verir və tünd ləkələri, qırışları, eləcə də incə xəttləri aradan qaldırır.
İtburnu yağı: tərkibindəki komponentlər sayəsində dərini cavanlaşdırır və qocalma əlamətlərini azaldır. A vitamini, beta-karoten və likopenlə zəngindir. Kollagen istehsalını dəstəkləyir, dərini nəmləndirir və ona canlı görünüş verir.
Şirin badam yağı: müntəzəm istifadə edildikdə qırışları və incə xəttləri azaldır. Dərini günəşin zərərli təsirlərindən qoruyur. Xüsusilə həssas və quru dəri tipləri üçün tövsiyə olunur.
Avokado yağı: dərini cavanlaşdıran təbii yağlar arasındadır. Günəş şüalarının zərərli təsirləri ilə mübarizə aparan avokado yağı dərinin elastikliyini artırır və qocalma əlamətlərini yox edir.
Supermodel İrina Şeykin qeyri-adi geyimi diqqət çəkib.
Şəkilə diqqətlə baxın, ən kiçik detallara belə diqqət yetirin.
Əməkdar artist Gövhər Rzayeva efirdə ağlayıb.
Bəzi dünya məşhurları öldükdən sonra da varislərinə sərvət qazandır
Tuncelidə aparılan araşdırmalarda "cəfəri" fəsiləsinə aid yen
Müğənni-bəstəkar Hacı Nazim Məmmədov açıqlamaıs ilə diqqət çəkib.
Qrip, influenza viruslarının səbəb olduğu və xüsusən qış aylarında ya
Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən Narin
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Milli Məclisdəki davranış
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Öncə zarafat etdilər, sonra isə 4-cü mərtəbədəki pəncərədən çölə
2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır.
Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Rəşad İlyasovun 50 yaşı t
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ünvanına səsləndirilən təhqi
1984-cü ildə kəşf edilən ozon təbəqəsindəki dəliklərin tədricən dar